I Divizionda hansı komanda öz oyunlarını qumara qoyur?

I Divizionda yenə alver gedir. AFFA-nın danışılmış oyunların kökünü kəsmək üçün gördüyü tədbirlər yetərli deyil və yenə şübhəli oyunlar sıralanır.
 
 
Son vaxtlar “Ağsu” ilə bağlı UEFA-dan ciddi siqnallar gəlir və bu komanda qara siyahıdadı.

 
Az qala hər oyunu şübhə doğuran bölgə təmsilçisində demək olar, hamı bundan xəbərdardı.
 
Komandanı 13-cü pillədə olmasının da səbəbi komandada işlərin sağlam qurulmamasıdı.
 
Oyunu “üst”, çoxqollu gətirmək üçün bəzən futbolçular özləri təslim olur, rəqibin qol vurmasına şərait yaradır.
 
“Ağsu”nun bu mövsüm 4-5 qol buraxdığı oyunlar çox olub. Və onların demək olar, hamısında kimlərinsə marağı olub.
 
Baş məşqçi Rüfət Quliyevin baş məşqçi postundan qovulmasının səbəbi də fərqli deyil. İllərdi hər hoqqadan çıxan bu şəxs son vaxtlar şübhələr çoxaldığından qurban verildi.
 
I divizionumuzun oyunları əsasən Asiya kontorlarında qumara qoyulur, oradan idarə edilir. Və bu işdə gürcülər vasitəçilik edir.
 
Qonşu ölkədə olan bir neçə şəxsin fevralın 21-də “Sumqayıt-2” – “Ağsu” oyununda görünməsi təsadüf deyildi. Meydan sahibləri sözə baxmadığından, qonaq komanda ilə razılıq əldə olunmuşdu və onlar hər şeyi təmin etdi.
 
Oyunun videosuna baxsaz, bölgə təmsilçisinin necə rahatlıqla qol buraxdığını görə bilərsiz.
 
İlk yarıda 3 qolun vurulması lazım idi və “Sumqayıt”a bunu etməsi üçün hər cür şərait yaradıldı. Fasilədən sonra daha 2 qol və “Ağsu” bukmekerlərin istədiyi hər şeyi etdi.
 
Bu komandalar arasında ilk dövrədəki oyun da şübhəli matçlar siyahısındadı. Ağsudakı matçda da meydan sahibləri rahat təslim olmuş, 3 qolu öz istəkləri ilə buraxmışdılar.
 
17-ci turun “Səbail-2”yə qarşı ev matçı (3:4), növbəti həftə yenə Ağsuda “Keşlə-2” tərəfindən darmadağın (0:5) araşdırılmalıdı.
 
Bu komandanın “menyu”sunda oxşar hesablar çoxdu və diqqət edilməsi lazımdı (futbolinfo).
Tarix: 16 Mart [00:40]
Oxunub: 36 dəfə
Müəllif: Aut.az

Meydana çıxmadılar - Azərbaycanda

Aut.az

Milyon avroluq heç-heçə

Aut.az

Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

Aut.az

20-ci turun bütün təyinatları

Aut.az

Paytaxt derbisi Əliyar Ağayevə tapşırıldı

Aut.az

Azərbaycan millisində növbəti forma biabırçılığı

Aut.az

Bu yığma - Azərbaycan millisi deyil!

Aut.az

Mahir Şükürov: "Heç nəyə ümid etmirəm, qrupdan çıxa bilməyəcəyik"

Aut.az

Eddinin milliyə çağrılmamasının əsl səbəbi

Aut.az

Düzələcək?

Aut.az