Elxan Məmmədov milli komandanın menecer postunu öz qohumuna tapşırdı

Milli komandanın baş meneceri postuna təyinat olub.
 
İndiyə qədər bu vəzifəni İslam Abbasov tuturdu. Amma "Kəpəz”də də AFFA-nın səlahiyyətli nümayəndəsi olan Abbasov futbol təsərrüfatından müəmmalı və qəfil şəkildə uzaqlaşdırıldı.
 
Artıq İslam Abbasovun millidəki yerinə təyinat baş tutub. Elxan Məmmədov indiyə qədər Futzal Federasiyasında, Klublar Komitəsində, məşqçilər kurslarında və aşağı yaş qrupları üzrə millilərdə sınadığı Zaur Hacı-Məhərrəmov baş menecer vəzifəsinə təyinat alıb.
Bu təyinatla əlaqədar yeni baş menecer məşqçilər kurslarındalı və Klublar Komitəsindəki postunu boşaltmalı olub. Əslən Şəki rayonundan olan Hacı-Məhərrəmov milli ilə paralel Futzal Federasiyasında da çalışacaq. Baş katibin yaxın kadlarının eyni anda bir neçə vəzifədə çalışması ilk dəfə deyil.
Qeyd edək ki, əslən Şəkidən olan Zaur bəy baş katib Elxan Məmmədovun yaxın qohumudu. Onun bir qardaşı "Sumqayıt”da, digəri isə "CBC Sport”da çalışır. (sport7.az)
Tarix: 16 Mart [00:10]
Oxunub: 25 dəfə
Müəllif: Aut.az

Meydana çıxmadılar - Azərbaycanda

Aut.az

Milyon avroluq heç-heçə

Aut.az

Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

Aut.az

20-ci turun bütün təyinatları

Aut.az

Paytaxt derbisi Əliyar Ağayevə tapşırıldı

Aut.az

Azərbaycan millisində növbəti forma biabırçılığı

Aut.az

Bu yığma - Azərbaycan millisi deyil!

Aut.az

Mahir Şükürov: "Heç nəyə ümid etmirəm, qrupdan çıxa bilməyəcəyik"

Aut.az

Eddinin milliyə çağrılmamasının əsl səbəbi

Aut.az

Düzələcək?

Aut.az