Özil keniyalı uşaqlara formasını göndərdi - FOTO

İngiltərənin “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil formasını keniyalı uşaqlara göndərib.
Kenyanın Nayrobi şəhərində yaşayan Lavrens adlı uşağın qələmlə köynəyinin arxasına “Özil” yazdığını sosial mediada görən 30 yaşlı futbolçu həmin uşağa və dostlarına forma, top və butslar göndərib.
Türk əsilli futbolçu öz “Instagram” hesabında uşaqların şəkillərini paylaşaraq altında qeyd edib: “Öz əlləriylə düzəltdiyi formanı geyinən uşaqların şəkillərini internetdə görəndə çox təsirləndim. İndi Lavrensə baxın. Onu və qardaşını belə xoşbəxt gördüyüm üçün çox sevinirəm”.
Qeyd edək ki, Özil peşəkar futbolçu karyerasının debütünü 2006-cı ildə Almaniyanın “Şalke” klubunda edib. O, 2007-ci ildən 2011-ci ilədək “Verder Bremen”, 2011-ci ildən 2014-cü ilədək “Real Madrid”in formasını geyinib. Yarımmüdafiəçi 2014-cü ildən Londonun “Arsenal” komandasında çıxış edir.
Tarix: 12 Mart [18:00]
Oxunub: 55 dəfə
Müəllif: Aut.az

"Orucun kompensasiyası var, matçın isə yox" - Baş məşqçidən qəribə açıqlama

Aut.az

"Mançester Siti"nin ulduzuna 80 milyon avroluq təklif

Aut.az

“Sevilya”da italiyalı baş məşqçi

Aut.az

"Beşiktaş"dan Avcı ilə 3 illik müqavilə

Aut.az

Marçello Lippi yenidən milli komandada

Aut.az

Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

Aut.az

Almaniyalı futbolçu İtaliya klubunda

Aut.az

Serbiya kubokunun qalibi bəlli oldu

Aut.az

UEFA Ermənistandakı stadionu diskvalifikasiya edir

Aut.az

Daha bir futbolçu "Atletiko"dan ayrıldı

Aut.az