Azərbaycan klubları transferlərinin notariusdan keçməsini istəmir

Azərbaycan Premyer Liqasında çıxış edən klublar futbolçularla müqavilələrinin notariusda təsdiqlənməsini istəmirlər.
 
Bu barədə jurnalistlərə Klublar Komitəsinin sədri Riad Rəfiyev açıqlama verib. 
 
O bildirib ki, məsələ komitənin bugünkü iclasında müzakirə edilib: "Xarici ölkələrin çoxunda futbolçularla müqavilələr bağlanarkən onlar notariusdan keçmirlər. Bizdə isə notarius məcburidi. Bu da əlavə vəsait tələb edir. Təklif etdik ki, imkan daxilində notariusu yığışdıraq. Çünki buna mövsüm ərzində xeyli pul gedir. Onsuz da klublar şəffaf işləyir, hesabatlarında sərf etdikləri məbləği göstərir və müqavilə də FIFA-nın TMS sisteminə vurulur".
 
Qeyd edək ki, Azərbaycanda transferlər mövsüm ərzində iki dəfə - qış və yayda həyata keçirilir. ("Report")
Tarix: 12 Mart [16:00]
Oxunub: 47 dəfə
Müəllif: Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sabah" Təhsil Liqasının qalibi oldu

Aut.az

Gəncəli veteran: "Nə vaxtsa futbolçu olduğumuz heç kimin yadına düşmür"

Aut.az

Nazir açıqladı: "Bakıya 30 mindən çox azarkeş gələcək"

Aut.az

Ağdamdan Ankaraya...

Aut.az

“Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

Aut.az

Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

Aut.az

"AFFA Qusarda futbolun irəli getməsini istəmir" - MÜSAHİBƏ

Aut.az

Lənkəranın futzal komandası da dağıldı

Aut.az

Azərbaycan Kubokunun sahibi müəyyənləşdi

Aut.az