Nurlanə Əhmədovanın ölümü ətrafında müəmma

Kapoeyra üzrə Azərbaycan milli komandasının üzvü, gənc idmançı Nurlanə Əhmədova bir neçə gün öncə faciəvi şəkildə vəfat edib. Mətbuatda yayılmış məlumata görə, idmançı məşq zamanı zalda yıxılıb və aldığı zədədən ölüb. Bəzi şəxslər isə idmançının intihar etdiyini iddia edirlər.
Məsələni dəqiqləşdirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı kapoeyra üzrə milli komandanın baş məşqçisi Elgiz Əlizadə ilə əlaqə saxlayıb. O bildirib ki, bəzi mətbuat nümayəndələri məsələni dəqiqləşdirmədən səhv məlumat yayır.
"Nurlanə Əhmədova bizim sevimli tələbəmiz idi, çox istedadlı gənc idi. Onu itirməyimizə çox təəssüflənirik. Amma hadisənin necə və hansı səbəbdən baş verdiyini bilmirik", - deyə Əlizadə vurğulayıb.
"Mətbuatda yazılır ki, hadisə məşq zamanı baş verib. Hətta Nurlanənin şəxsi məşqçisi Oxçu Şahmuradov ilə danışan zaman mənə dedi ki, idmançı iki ay idi ayağını sındırdığı üçün məşqlərə qatılmırdı. Hadisədən bir gün öncə ayağının sarğısı açılıb. Həm də zalda elə bir yer yoxdur ki, idmançı oradan yıxılsın və dünyasını dəyişsin. Ayrıca, hadisə gecə 03:00 radələrində baş verib, o saatlarda məşq olmur axı", - o, əlavə edib.
Baş məşqçinin sözlərinə görə, hadisə Əhmədovanın yaşadığı evdə baş verib: "Yaxınları deyiblər ki, o, hündürlükdən yıxılaraq dünyasını dəyişib. Bizdə isə bu barədə heç bir məlumat yoxdur. Odur ki, ölüm səbəbi haqqında dəqiq heç nə deyə bilmərəm".
Qeyd edək ki, "Storm Capoeira Klubu"nun ən güclü idmançılarından olan Nurlanə Əhmədova 2019-cu ilin yanvar ayında "İlin ən texnikalı tələbəsi" seçilib, 2018-ci ilin fevral ayında isə 16+ yaş qrupu üzrə "12-ci Respublika çempionatı"nın qalibi olub.
Tarix: 12 Mart [15:00]
Oxunub: 40 dəfə
Müəllif: Aut.az

Şamil Hacıyevin törətdiyi dəhşətli qəzanın təfərrüatları: ikisi də biznesmen övladıdı

Aut.az

Makqreqor karyerasını bitirdi

Aut.az

Günün oyunları – TV

Aut.az

Olimpiya çempionumuzun qardaşı faciəyə səbəb oldu: özü və 33 yaşlı qadın öldü - VİDEO

Aut.az

Günün oyunları – TV

Aut.az

Rusiya millisi kuryoz hadisə ilə üzləşdi

Aut.az

Milli Olimpiya Komitəsinin prezidenti istefa verdi

Aut.az

Günün oyunları – TV

Aut.az

Zabit Səmədov əməliyyat olundu

Aut.az

7,6 milyonluq üzüklə məşqə çıxdı - FOTOLAR

Aut.az