"Barselona" 19 yaşlı futbolçunu 75 milyona alır

"Ayaks"dan Frenki de Yonqu yayda qüvvəyə minəcək müqaviləyə əsasən 75 milyon avroya transfer edən "Barselona" Amsterdam klubunun daha bir gənc ulduzunu heyətinə qatır.
 
Kataloniya klubu Mattis de Liti transfer etməyə hazırlaşır. Goal.com-un məlumatına görə, "Barselona" 19 yaşlı holland stoper üçün ən azı 75 milyon avrodan keçməyə hazırdı. Bu futbolçunu "Mançester Siti" və "Yuventus"un da heyətinə qatmaq istəyindən xəbərdar olan kataloniyalılar dərhal hərəkətə keçib və rəsmi təkliflə "Ayaks"a müraciət edib. 
 
Qeyd edək ki, 19 yaşlı Mattis de Lit cari mövsümdə 39 rəsmi oyuna çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Tarix: 12 Mart [13:00]
Oxunub: 37 dəfə
Müəllif: Aut.az

Biri "Qalatasaray"a, digəri "Parma"ya

Aut.az

Ukrayna millisinə texniki məğlubiyyət verilə bilər

Aut.az

"Barsa" "Spartak"ın sabiq futbolçusunu istəyir

Aut.az

Neymarın atası açıqladı: "Danışıqlara başladıq"

Aut.az

Zidan daha bir dünya ulduzunu istədi - 100 milyon avro

Aut.az

"Real" onun üçün 280 milyon ödəyəcək

Aut.az

AÇ-2020: Seçmə mərhələdə ikinci tura yekun vurulur - BU GÜN

Aut.az

Ölkə prezidenti oyuna damğa vurdu - FOTO

Aut.az

Aqolli rəsmən ABŞ klubunda: "Çox həyəcanlıyam"

Aut.az

“Qalatasaray”ın forvardı millidə zədələndi

Aut.az