Tanınmış baş məşqçi karyerasını başa vurdu

Futbol üzrə Hollandiya milli komandasının sabiq baş məşqçisi Lui van Qal karyerasını başa vurduğunu açıqlayıb.
68 yaşlı mütəxəssis bu addımı həyat yoldaşına görə atdığını bildirib. 
Onun sözlərinə görə, həyat yoldaşı 22 il öncə onunla birlikdə olmaq üçün işindən ayrılıb: "Həmin vaxt xanımıma 55 yaşımda təqaüdə çıxacağımı demişdim. İndi isə yaşım 65-dən çoxdur, davam edə bilmirəm. Oyunçular kimi həyat yoldaşımın da Lui van Qalla yaşamaq haqqı var. Onun çox xoşbəxt olduğunu deyə bilərəm".
Qeyd edək ki, Lui van Qal karyerası ərzində İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Barselona", Hollandiyanın "Ayaks" və AZ komandalarına da rəhbərlik edib. O baş məşqçi kimi AZ ilə bir, "Ayaks"la üç dəfə Hollandiya çempionu olub. Hollandiyalı mütəxəssis İspaniya "Barselona"sı ilə iki, Almaniya "Bavariya"sı ilə isə bir dəfə eyni sevinci yaşayıb. Van Qal "Ayaks"da baş məşqçi olduğu vaxt - 1994-1995 mövsümündə Çempion Liqasını qazanıb. 
Tarix: 11 Mart [17:20]
Oxunub: 27 dəfə
Müəllif: Aut.az

"Real"ın "Liverpul"u dağıtmaq planı: ulduzlar hədəfdədi

Aut.az

Aqolli ABŞ-da ilk məşqə çıxdı

Aut.az

Azarkeş rekordu 99 il sonra qırıldı

Aut.az

La Liqa klubu baş məşqçisini qovdu

Aut.az

"Çelsi" ukraynalıları UEFA-ya şikayət etdi

Aut.az

"Şaxtyor"un braziliyalı futbolçusu Ukrayna vətəndaşlığı aldı

Aut.az

“Fənərbaxça”nın futbolçusu Türkiyə millisindən kənarlaşdırıldı

Aut.az

Azarkeş oyun vaxtı öldü

Aut.az

Məşhur futbolçu meşədən ölü tapıldı

Aut.az

Erat oynadı

Aut.az