Oqtay Şirəliyev Avroliqanın final oyunu barədə əmr imzalayıb

Səhiyyə naziri Oqtay Şirəliyev futbol üzrə UEFA Avropa Liqasının final oyunun tibbi təminatı barədə əmr imzalayıb.
 
Əmr "Futbol üzrə UEFA Avropa Liqasının final oyunun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Səhiyyə Nazirliyi haqqında Əsasənaməsinin müvafiq bəndini rəhbər tutaraq imzalanıb.
 
Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyun zamanı təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi, bu müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə, tibb müəssisə və idarələrinin rəhbərlərinə oyun iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilib.
 
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya–gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılıb.
Tarix: 11 Mart [14:30]
Oxunub: 69 dəfə
Müəllif: Aut.az

IOC-dan 3 milyard dollarlıq müqavilə

Aut.az

İlham Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı

Aut.az

Prokuror “Neftçi”nin məşqçisinə 8 il həbs cəza istədi

Aut.az

Ağayev yeni qurum yaratdı

Aut.az

Azərbaycanlı əfsanəvi futbolçunun həyat yoldaşını maşınla vuraraq öldürdü - FOTO

Aut.az

Millinin 17 yaşlı üzvü ölü tapıldı

Aut.az

Salyanda keçmiş SSRİ çempionu özünü asdı

Aut.az

Azərbaycanda məcburi köçkün futbol mərcində 427 min dollar pul uduzub

Aut.az

Nazir yenidən federasiya prezidenti seçildi

Aut.az

Gəncədə idmançının oğlunu 1 manata görə öldürdülər

Aut.az