"Qalatasaray"dan ilin transferi

"Qalatasaray" transfer çalışmalarına start verib.
 
İstanbul klubu "Fulhem"dən "Beşiktaş"ın sabiq üzvü Rayan Babeli transfer edir.
 
Belə ki, holland futbolçunun çıxış etdiyi "Fulhem" Premyer Liqada təhlükəli zonadadı və aşağı liqaya yuvarlanmaq təhlükəsi var. Hollandiyalı futbolçunun artıq menecerinə yeni klub axtarmaq tapşırığı verdiyi deyilir. 
 
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim onun transferinə icazə verib. Babel özü də Türkiyəyə dönmək istəyir. Artıq klub rəsmiləri ilə futbolçunun meneceri arasında ilk görüş baş tutub. 
 
Qeyd edək ki, Babel 2017-ci ildə "Deportivo"dan transfer olunduğu "Beşiktaş"ı bu ilin yanvarında "Fulhem"ə dəyişib. O, Premyer Liqada çıxdığı 6 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. 32 yaşlı hücumçu əvvəllər Hollandiyanın "Ayaks", İngiltərənin "Liverpul", Almaniyanın "Hoffenhaym", Türkiyənin "Kasımpaşa" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl Ayn" klublarında çıxış edib. 2005-ci ildən Hollandiya millisinə çağırılan futbolçu 54 oyunda 8 qola imza atıb.
Tarix: 3 Mart [11:30]
Oxunub: 69 dəfə
Müəllif: Aut.az

Boltun rekordunu qıran futbolçu dünyanın ən sürətli adamı oldu

Aut.az

Fərid Nəbiyev Çexiyada 2 qol vurdu

Aut.az

Dünya futbolunda nadir hallarında rast gəlinəcək foto Türkiyədə çəkildi

Aut.az

Ronaldu 7 mərtəbəli bina aldı

Aut.az

Prezident klub sahibindən maliyyə dilənir

Aut.az

Qana millisinin üzvü “Yeni Malatyaspor”da

Aut.az

VAR otağına kabab gətirildi

Aut.az

Əsgərov ehtiyatda qaldı

Aut.az

“Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

Aut.az

Paşayev ehtiyatda qaldı

Aut.az