Məktəbdə festival

Texniki universitetin idman zalında 5 mart – Bədən tərbiyəsi və idman günü münasibəti ilə möhtəşəm festival keçirilib.
Gənclər və idman nazirinin Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Yasamal rayon İсra Hakimiyyəti və Təhsil Nazirliyinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin dəstəyi ilə keçirilən tədbir marş sədası altında Cəmşid Naxçıvanski adına hərbi liseyin müdavimlərinin müşayiəti ilə Azərbaycan Respuiblikasının dövlət bayrağının meydana gətirilməsi ilə başlayıb.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestirinin ifasında dövlət himni səsləndirilməsi ilə festival açıq elan edilib. Mərasimdə çıxış edənlər ölkədə idmanın inkişafından danışıblar, Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə 5 mart “Bədən tərbiyəsi və idman günü”nün təsis olunduğunu söyləyiblər.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra kopoeyra və uşu növləri üzrə nümunəvi çıxışlar oldu. Daha sonra tanınmış müğənnilərin ifasında konsert proqramı baş tutdu. Festivalın gedişində 1 qrup məşqçi və idmançı 5 mart – Bədən tərbiyəsi və idman günü münasibəti ilə, yeniyetmə və gənclər arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətinə, habelə qazandığı uğurlara görə Yasamal rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildilər.
Tarix: 2 Mart [14:40]
Oxunub: 33 dəfə
Müəllif: Aut.az

Rusiya millisi kuryoz hadisə ilə üzləşdi

Aut.az

Milli Olimpiya Komitəsinin prezidenti istefa verdi

Aut.az

Günün oyunları – TV

Aut.az

Zabit Səmədov əməliyyat olundu

Aut.az

7,6 milyonluq üzüklə məşqə çıxdı - FOTOLAR

Aut.az

Günün oyunları – TV

Aut.az

Nurlanə Əhmədovanın ölümü ətrafında müəmma

Aut.az

Gülay Zeynallıdan Kamil Zeynallının həbsi ilə bağlı açıqlama

Aut.az

Konor Makqreqor saxlanıldı - FOTO

Aut.az

İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı

Aut.az