Bakıda polis əməliyyatı zamanı öldürülən çempionun dəhşətli əməlləri - FOTO

Dünən Bakı şəhərinin Binəqədi rayonu ərazisində xüsusi təyinatlı polis dəstəsinin keçirdiyi əməliyyat zamanı öldürülən kriminal avtoritet, cüdo üzrə Azərbaycan çempionu Cəfərov Müseyib Fərhad oğlu ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.
 
35 yaşlı Müseyib 2007-ci ildən kriminal aləmlə sıx təmasda olub. O dəfələrlə, qumar borcunun qaytarılması, quldurluq və sair kimi əməllərin iştirakçısı olub və 2009-cu ildə Şahin Nurməmmədovun güllələnərək öldürülməsi hadisəsinin iştirakçısı olub. Belə ki, həmin vaxt Ş.Nurməmmədovun qumar borcuna görə təşkil edilmiş "razborka”da iştirak edən Müseyibin təkidi ilə İmanulla Bəşirov Şahini güllələyərək öldürüb.
 
 
Bundan başqa Müseyib Cəfərov 2011-ci ildə Taleh Məmmədovu tapança ilə güllələyərək öldürməkdə təqsirli bilinib. Həmin cinayətdən sonra qaçan Müseyib axtarışa verildikdən sonra tutulub. Belə ki, cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan M.Cəfərovun öldürdüyü Telehlə münaqişəsi barlardan birində başlayıb. Həmin ilin sentyabr ayının 9-a keçən gecə barda baş verən münaqişəni həll etmək istəyən M.Cəfərov səhəri gün idarə etdiyi qara rəngli "Hyundai-Sonata" markalı avtomobillə Talehin yaşadığı evə gələrək onu "razborkaya" çağırıb. Hətta maşına Talehin qardaşı da minmək istəyib. Lakin Teleh qardaşına "O, tək gəlib, mən də tək gedəcəm" deyərək Müseyibin maşınına əyləşib. İ.Qutqaşınlı küçəsində maşında aparılan mübahisə zamanı M.Cəfərov tapança ilə cəmi iki ay əvvəl ailə quran Talehi güllələyib. Güllələrdən biri ürəyindən dəyən Taleh xəstəxanaya aparılarkən yolda keçinib. Hadisədən sonra M.Cəfərovun qardaşı Mübariz hadisə zamanı istifadə edilmiş 1 ədəd "Makarov" markalı tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verib.
 
M.Cəfərovun adı sonradan digər cinayət hadisələrində də hallanıb. Belə ki, içərisində onun da olduğu dəstə üzvləri 2007-ci il mayın 11-də Füzuli küçəsində yerləşən "AZEL Azərbaycan Elektroniks" şirkətinə basqın ediblər. Dəstə üzvləri şirkətin mühafizəçisi İslam Mahmudovun əl-qolunu kəndirlə bağlayıb və mühasibat otağından kiçik seyfi aparıblar.
 
Qeyd edək ki, M.Cəfərov yuxarıda sadalanan cinayətlərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.21-ci, 180.3.2-ci, 181.3.2-ci, 120.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə dəfələrlə məhkum olunub. Dünən həyata keçirilən xüsusi əməliyyat zamanı M. Cəfərov polisin "təslim ol” xəbərdarlığına məhəl qoymadan silahlı müqavimət göstərib. Nəticədə polis silah tətbiq etmək məcburiyyətində qalıb və M.Cəfərov məhv edilib.
M.Cəfərov "Lotu Quli” ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamlarından biri olub. (Publika.az)
 
Tarix: 1 Mart [13:00]
Oxunub: 99 dəfə
Müəllif: Aut.az

IOC-dan 3 milyard dollarlıq müqavilə

Aut.az

İlham Əliyev II Avropa Oyunlarının açılışına dəvət aldı

Aut.az

Prokuror “Neftçi”nin məşqçisinə 8 il həbs cəza istədi

Aut.az

Ağayev yeni qurum yaratdı

Aut.az

Azərbaycanlı əfsanəvi futbolçunun həyat yoldaşını maşınla vuraraq öldürdü - FOTO

Aut.az

Millinin 17 yaşlı üzvü ölü tapıldı

Aut.az

Salyanda keçmiş SSRİ çempionu özünü asdı

Aut.az

Azərbaycanda məcburi köçkün futbol mərcində 427 min dollar pul uduzub

Aut.az

Nazir yenidən federasiya prezidenti seçildi

Aut.az

Gəncədə idmançının oğlunu 1 manata görə öldürdülər

Aut.az