Hakim paltardəyişmə otağından çağırdığı futbolçuya şok yaşatdı - VİDEO

Polşa çempionatının "Legiya" - "Krakoviya" oyununda indiyədək baş verməmiş VAR qərarı qəbul edilib.
 
Meydan sahiblərinin formasını geyinən Uilyam Remi qarşılaşmanın 67ci dəqiqəsində rəqibinə qarşı kobud oynayıb və baş hakim Pyotr Laşik onu sarı vərəqə ilə cəzalandırıb.
 
Bundan 7 dəqiqə sonra 27 yaşlı fransalı müdafiəçi yenidən sərt oynayıb və hakim ikinci sarı vərəqəni göstərərək onu meydandan qovub. 
 
Futbolçu paltardəyişmə otağına yollandıqdan sonra Pyotr Laşik VAR hakiminin xəbərdarlığını nəzərə alaraq epizodu yenidən izləyib və qərarının xətalı olduğunu görüb. Bundan sonra referi Uilyam Remini paltardəyişmə otağından geri çağırıb. 
 
Əsl həngamə də bundan sonra baş verib. Verilən qərarın yalnış olduğunu və oyuna davam edə biləcəyini düşənən futbolçu həyatının şokunu yaşayıb. Belə ki, 40 yaşlı referi ikinci sarı vərəqəni ləğv etdikdən sonra Uilyam Remiyə birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub. Nəyin baş verdiyini anlamayan futbolçu çaşqınlıq içində paltardəyişmə otağına yollanıb.
 

 
Tarix: 19 Fevral [15:30]
Oxunub: 41 dəfə
Müəllif: Aut.az

Boksçu canlı yayımda jurnalisti öpdü - VİDEO

Aut.az

Fransa "Qarabağ"ın qapıçısına acımadı - VİDEO

Aut.az

"Qarabağ" "Zirə"yə belə qalib gəldi - VİDEO

Aut.az

Futbolçudan müsəlmanlara böyük dəstək - VİDEO

Aut.az

"Qarabağ" belə qalib gəldi - VİDEO

Aut.az

Ansi Aqollinin Azərbaycan dilində vida sözləri - VİDEO

Aut.az

Stadiona ildırım düşdü, 1 nəfər həlak oldu - VİDEO

Aut.az

"Kəpəz" - "Sabah-2" 0:1 - VİDEO

Aut.az

"Səbail-2" - "Qarabağ-2" 0:2 - VİDEO

Aut.az

"Sumqayıt-2" - MOİK - 1:2 - VİDEO

Aut.az