Ərinin komandada qalması üçün gözy yaşı tökdü - FOTOLAR

"İnter"də kapitanlığı əlindən alınan və heyətdən kənarlaşdırılan Mauro İkardi ilə bağlı qalmaqal davam edir.
 
Baş verənlərə görə ittiham olunan futbolçunun xanımı və meneceri Vanda Nara qatıldığı bir televiziya proqramında açıqlamalar verib və bu zaman göz yaşlarını saxlaya bilməyib. 
 
"İnter" bizim ailəmizdi. Klubdan ayrılmaq istəmirik. Bəziləri Mauronun kapitan olduqdan sonra dəyişdiyini söyləyir. Amma o indi bir ayağı kəsilmiş insan kimidi. Mauro hər zaman "İnter"in formasını qürurla geyinib. Hər kəs onun necə insan olduğunu bilir. Əsla pul qaqqında düşünməyib. Mən isə əsla klubdan yeni müqavilə tələb etməmişəm. Bütün ailəmiz "İnter"i dəstəkləyir. Mauro bu komandada ilk güvəniləcək futbolçudu. Mənim açıqlamalarının problem yaratdıını deyirlər. Amma mən yalnış bir söz deməmişəm. "İnter"lə daim əlaqə saxalayırıq və rəhbərliklə 3 saatlıq görüşlərimiz oluöb. Verdikləri qərar mənim üçün sürpriz oldu və bunu "Twitter"dən öyrəndim. Guzeppe Marottaya ("İnter"in icraçı direktoru) zəng edib İkardinin oynaya bilməsi üçün mənə yardım etməsini istədim. Çünki Mauro bu məsələlərdə içinə qapanır" deyə Nara bildirib.
 
 
Futbolçunun xanımı "Mauro komandada qalmaq istəyir" deyərkən ağlayıb.
 
Bundan sonra "İnter"in icraçı direktoru Guzeppe Marottaya canlı yayıma zəng edərək bunları deyib: "Biz bu məsələni sükut içində həll etmək istəyirik. Əgər əməsələləri ailə ənənələri ilə həll etsək, heç bir valideyn övladı üçün pis bir şey istəməz. Biz İkardini paltardəyişmə otağına çağıraraq qərarın səbəblərini onda dedik. Vandanın ağladığını gördükdən sonra ona cəsarət vermək üçün zəng etdim. Bunu Mauronun yaxşılığı üçün edirəm. İrkardinin istəyi və peşəkarlığı məsələsində heç kimin şübhəsi olmasın. Yaxın günlərdə bu problemi həll etmək üçün oturub danışacağıq. Biz təklifimizi hazırlamışıq. Onlar qəbul etmək və ya rədd etmək məsələsində müstəqildilər". 
 
 
Bu arada "Yuventus"un idman direktoru Fabio Paratisi İkardi ilə bağlı açıqlama verib: "Hazırda onunla heç bir əlaqəmiz yoxdu. Amma əvvəllər İkardinin klubdakı vəziyyətini soruşmuşuq. Özünün "Yuventus"da oynamaq təklifinə necə baxdığını bilmək istəyirik".
 
 
 





Tarix: 19 Fevral [14:30]
Oxunub: 61 dəfə
Müəllif: Aut.az

"Yuventus"a nifrət edirəm" - FOTOLAR

Aut.az

İtalyan aparıcılar "Instaram"ı "partladır" - FOTOLAR

Aut.az

Ronaldoya əxlaqsız təklif: "Qol vursan..." - FOTO/VİDEO

Aut.az

Futbolçunun sevgilisi "Instagram"ı partlatdı - FOTOLAR

Aut.az

Məşhur futbolçu tanınmaz halda - FOTOLAR

Aut.az

Neymarın müğənni ilə əyləncə görüntüləri yayıldı - FOTOLAR

Aut.az

İndi də baldızı gündəmdən düşmür - FOTOLAR

Aut.az

Məşhur idmançı özündən 14 yaş balaca gözəllə yaxalandı - FOTOLAR

Aut.az

Xanım idmançıdan şok açıqlama: "Tək gecəlik..." - FOTOLAR

Aut.az

"Qalatasaray"ın yeni "gəlini" sosial mediada gündəm oldu - FOTOLAR

Aut.az