AFFA Hakimlər Komitəsində biabırçılıq: hakimlərin pulu kəsilir, qonorarlarından "şapka" tutulur

Yeni formalaşan AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsindəki nöqsanlardan zaman-zaman yazırıq.
 
Rekord.az hələ bir neçə ay bundan öncə aşağı liqaların bölgə oyunlarına təyinat alan hakimlərin sentyabr ayı üçün ezamiyyət xərclərinin verilməməsi haqda xəbər də vermişdi.
 
Əldə etdiyimiz yeni məlumata görə, 2019-cu ildən, AFFA-nın baş katibi Elxan Məmmədovun göstərişi ilə, ümumiyyətlə, bütün ezamiyyət xərcləri ləğv olunub. Yəni, bundan sonra "Region Liqası" və aşağı yaş qrupundan ibarət uşaq liqalarının oyunlarına təyinat alan hakim Bakıdan bölgəyə öz hesabına getməlidir. AFFA buna qarşılıq hakimlərin qonorarlarını artırıb. Amma ezamiyyə xərci ilə artan qonorar arasında böyük uçurum var. Təsəvvür edin, Bakıdan deyək ki, Qərb bölgəsinə, yaxud Zaqatala-Balakən zonasına qatarla bir nəfərin gediş-gəliş, yemək xərci 50-60 manat arası edir. Ezamiyyət xərcini ləğv edən AFFA qonorarı 60 manatdan 80 manata qaldırıb. Yəni qonorarlar 20 manat qalxıb. Amma əvəzində daha yüksək olan ezamiyyət xərci ləğv olunub. Yəni 80 manat qonorar alan hakim bunun 50-60 manatını yola, yeməyə xərcləyir. Üstəlik, nə qədər absurd görünsə də AFFA hakimlərə verdiyi qonorardan 17 faiz də vergi tutur. 80 manatın 17 faizi də hardasa 14-15 manat eliyir. 80 manatın 50-i yola, 15-i də vergiyə çıxılandan sonra yerdə qalır cəmi 15 manat. Yəni "Region Liqası"nın oyununu idarə edən hakimin qazancı cəmi 15 manat olur. O da maraqlıdır ki, bu 17 faizin özü belə, müəmmalıdır. Çünki bizə ötürülən məlumata görə, həmin 17 faizdən yarısı qanuni vergi kimi tutulur. Siqnallar var ki, yerdə qalan hissə vergi adı ilə tutulsa da, əslində "şapka" rolunu oynayır. Məsələni gündəmdə saxlayacağıq...
Tarix: 15 Fevral [14:15]
Oxunub: 86 dəfə
Müəllif: Aut.az

Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

Aut.az

"Qarabağ"ın istədiyi futbolçu klubu ilə vidalaşdı

Aut.az

Azərbaycanda 1500 manatlıq ölkə çempionu bəlli oldu

Aut.az

Əfranın karyerası ilə oynayırlar: Rəfiyev sifariş verir, Axundov yerinə yetirir

Aut.az

“Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

Aut.az

“Qarabağ” Türkiyədən məşqçi gətirir

Aut.az

“Qarabağ”da daha bir ispan futbolçu – Rəsmi

Aut.az

“Sumqayıt”da yeni müqavilə

Aut.az

“Mxitaryan bir qəpiklik futbolçu deyil” – Azərbaycanın müdafiə naziri

Aut.az

"Pul yox idi, ailəni dolandıra bilmirdik" - MÜSAHİBƏ

Aut.az