Sumqayıtda "Topaz" işçisini öldürənlər - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirləndirilən Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndrilməsinə dair cinayət işi üzrə məhkəmə bir neçe ay davam edib.
 
Ötən il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirlinin Sumqayıt şəhəri ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülməsi, zərərçəkənin baş nahiyyəsindən aldığı ağır xəsarətlə Bakı şəhərindəki Neyrocərrahiyyə xəstəxanasına daxil olması və orada ölməsi barədə Sumqayıt şəhər polis idarəsinə məlumat daxil olub. 
 
Əməliyyat-axtarış, eləcə də, istintaq tədbirləri nəticəsində zərərçəkmişin Abşeron rayonu, Saray qəsəbə sakinləri Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov, Çinqiz Babayev və Ağstafa rayon sakini Əkbər İsgəndərov tərəfindən törədilməsi müəyyən edilib və dəstə üzvləri saxlanılaraq, istintaqa təqdim edilib.
 
İstintaqın gedişatında məlum olub ki, təqsirləndirilən şəxslər Saray qəsəbəsində “Topaz” mərc oyunları məntəqəsində işləyən A.Nadirlinin pulunu quldurluq yolu ilə ələ keçirmək qərarına gəliblər.
 
Plana əsasən, dəstə üzvü K.Qurbanov Ə.İsgəndərovun mobil telefonu vasitəsilə A.Nadirlinin, obyektdən çıxaraq taksiyə minib getməsini tanışlarına xəbər verib.
 
Dəstənin digər dörd üzvü Ç.Babayevin avtomobilində onu təqib edib. Sumqayıta çatanda, A.Nadirli taksidən düşərək avtobusa minib. Bu zaman dəstə üzvlərindən F.Bağırov, M.Eyvazov və Ə.İsgəndərov növbə ilə həmin avtobusa minərək zərərçəkmişi izləyiblər.
 
Avtobusdan düşəndən sonra Bağırov və Eyvazov Amala hücum edərək, onu döyüblər və 550 manat pulunu alaraq, hadisə yerindən qaçıblar. Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı F.Bağırovun və M.Eyvazovun hər birinə 20 il, Ə.İsgəndərova 14 il və K.Qurbanova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edib.
 
Hökmə əsasən, F. Bağırzadə 19 il, və M. Eyvazov 18 il, Ə. İsgəndərov, K. Qurbanovun hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Tarix: 2 Noyabr [18:00]
Oxunub: 231 dəfə
Müəllif: Aut.az

“Qarabağ” – “Keşlə” 3:0 - VİDEO

Aut.az

“Sumqayıt” – “Səbail” 1:2 - VİDEO

Aut.az

Əvəzləmə zamanı kuryoz hadisə - VİDEO

Aut.az

"Neftçi-2" - MOİK - 4:1 - VIDEO

Aut.az

"Kəpəz" - "Sumqayıt-2" 1:3 - VİDEO

Aut.az

"Turan Tovuz" - "Şüvəlan" 0:1 - VIDEO

Aut.az

"Keşlə-2" - "Zirə-2" 3:1 - VİDEO

Aut.az

"Qaradağ Lökbatan" - "Ağsu" 1: 2 - VİDEO

Aut.az

"Sabah-2" - "Səbail-2" 4:1 - VİDEO

Aut.az

Adamyeyənlər arasında olmuş azərbaycanlı: "Düyü alıb, bizi yemədilər" - FOTO/VİDEO

Aut.az