Bir qrupun əlində... - Azərbaycanda

AFFA-nın balansında olan bütün stadionlar eyni yerdən qidalanır. Çox təbliğ edilmədən, gizlicə tender keçirilir, assosiasiyaya rəhbərlik edən dəstənin tanşlarının, dostlarının yiyəsi olduğu şirkətlər qalib gəlir və SOCAR-dan ayrılan maliyyə onlar arasında bölüşdürülür.
 
Stadionların təmiri, onlara baxılması zəruridi. Lakin bu işə milyonları dağıtmaq doğru deyil. Məsələn, “Qəbələ” bazasındakı 7 meydanı süper şəraitdə saxlayır və bunu üçün aylıq cəmi 2000 dollar vəsait xərcləyir. Eyni sözləri “Qarabağ” haqda da demək olar. Klub qazonlar üçün fantastik pullar sərf olunmur. AFFA-nın “tapdığı” şirkətlər isə bir meydan üçün ayda 8 min avro alır.
 
Aradakı fərqə baxın və dövlətin pulunun bir qrup adam tərəfindən necə mənimsəndiyinə diqqət edin. Əvvəllər “AgroSport” tək idi və indi də var, AFFA-nın balansındakı əksər stadionlara qulluqla məşğuldular. Və yenə də fantastik pullar qarşılığında işləyirlər.(futbolinfo)
 
Bir ildən çoxdu ki, SİS şirkəti də ortaya çıxıb. Bəlkə də eyni şirkətdi və ya rəhbərlikdən kiminsə bağlı olduğu qurumdu. Gəncə stadionunu təmir etdilər, maliyyə yeyintisi ilə bağlı ciddi olaylar üzə çıxdı və hər şey Mikayıl Nərimanoğlunun boynuna qoyuldu, indi Sumqayıt və Zirədəki arenada da onlar iş başındadı. Qazon biznesindən sonra örtük dəyişmə işləri yenə bir qrupun əlindədi və onlar ölkə futboluna “xidmət edir”...
 
Tarix: 2 Noyabr [17:40]
Oxunub: 170 dəfə
Müəllif: Aut.az

"AVRO-2021": Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Aut.az

MOİK-lə "Sumqayıt"dan qələbə, "Qaradağ Lökbatan" uduzdu

Aut.az

Zaur Tağızadə üçün əlamətdar gün

Aut.az

Avroliqanın finalına görə Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı

Aut.az

Azərbaycanlı futbolçu Çexiyanın yüksək dəstə klubunda

Aut.az

Bakı klubu transferlərə niyə pul tapmayıb?

Aut.az

"Qarabağ" "Yuventus"la məzələndi - FOTO

Aut.az

"Energetik"in kapitanı AFFA və Mingəçevir rəhbərliyindən kömək istədi

Aut.az

"Qarabağ" "Sabah"la oyuna itkiylə hazırlaşır

Aut.az

Elxan Məmmədovun otelini işləədn hakim həm də AFFA nümayəndəsidir

Aut.az