Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Rusiya hökuməti Ukrayna Futbol Federasiyasının (UFF) prezidenti Andrey Pavelkoya qarşı sanksiya tətbiq edib.

Ukrayna Ali Radasının deputatı da olan milli assosiasiya rəhbərinin adı Rusiyanın baş naziri Dimitri Medvedevin bu ölkənin 322 fiziki və 68 hüquqi şəxsinə qarşı yönələn tədbirlər barədə imzaladığı qərarda yer alıb.
Ümumilikdə “qara siyahı”ya Ukrayna futbol sektorunda rəhbər post tutan 8 nəfər düşüb. Pavelko ilə yanaşı, UFF-nin 3 vitse-prezidenti - Aleksandr Qereqa, Konstantin Yeliseyev və Sergey Kunitsın (eyni zamanda "Tavriya"nın prezidenti), eləcə də Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Vorskla”nın fəxri prezidenti Konstantin Jevaqoya qarşı da sanksiya tətbiq olunub. Həmçinin, “Dnepr-1”in rəhbəri Yuri Beryoza, “Zarya”nın prezidenti Yevgeni Geller və Kiyev Futbol Federasiyasının başçısı Yaroslav Moskalenko da analoji durumla üzləşib.

"Forbes"un hesablamalarına əsasən, Jevaqonun əmlakı 1,6 milyard dollardır. O, milyarderlər siyahısında 1477-ci yerdə qərarlaşıb. "Vorskla"nın fəxri prezidenti 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsinə qədər Kerçdə "Körfəz" gəmiqayırma zavodunun sahibi olub. Hazırda o, metallurgiya, maşınqayırma, nəqliyyat, farmakologiya, gəmi-tikinti, energetika, sığorta, məişət sənayesi sahəsində müəssisələri özündə birləşdirən "Maliyyə və kredit" qrupuna rəhbərlik edir.

Bu şəxslərə qarşı pul vəsaitlərinin dondurulması və kapitalın çıxarılmasına qadağa qoyulmasını nəzərdə tutan iqtisadi sanksiyalar tətbiq olunub.

“Vorskla” Bakıdakı ilk oyunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında cavab matçı noyabrın 8-də Ukraynada keçiriləcək.

Tarix: 2 Noyabr [16:30]
Oxunub: 35 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az