Vitse-prezidentlərin futbol sevgisi?

 
Elxan Məmmədovu qınamıram. Lətifəsi AFFA-nın baş katibindən uzaq, dərə xəlvətdisə, tülkünün bəyliyi gözləniləndi. Pələngin, qurdun enmədiyi məkanda hökmranlıq etməyə nə var ki?
 
Rövnəq Abdullayev və Rauf Əliyev ixtisasca mühəndisdi, Elşad Nəsirov diplomat. Və ölkədə futbol bu şəxslərə tapşırılıb. Futbolla hər hansı bağlılıqları olsaydı, göz yummaq olardı, hətta AFFA prezidentinin də maliyyə ayıran və nəzarətçidi deyə kənar adam olmasıyla barışmaq mümkündü, amma müavinlər də top oyunundan bixəbərlərdisə, deməli, sistem düzgün işləməməlidi. Futbol təsərrüfatında ən strateji postlar mühüm dövlət işləri ilə məşğul olan, bu üzdən stadionlarda görünməyənlərə tapşırılırsa, bugünkü durum gözləniləndi.
 
Əcəba, bu insanların hərəsinin 7-8 vəzifəsi, işi-gücü varkən, niyə futboldan əl çəkə bilmirlər? Top oyununun xəstəsidilərsə, digər postlardan imtina edib, sırf bu işlə məşğul olsunlar. Yox, rəhbər postlar onlara daha əzizdisə, futboldan niyə əl çəkə bilmirlər?
 
Futbol böyük pulların dövr etdiyi idman növüdü və faktiki bizdə hamı dövlətin əlinə baxır. İnsaf naminə, ölkə rəhbərliyi də bu sahəyə qayğısını heç vaxt əsirgəməyib, lakin iş belələrinə tapşırıldığı üçün inkişaf mümkünsüzdü. Çünki onları şirkətlərini, firmalarını futbol təsərrüfatına calamaq, dövlətdən gələn maliyyədən pay götürmək maraqlandırır, futbolun inkişafı yox. Vitse-prezidentlik buna görə adlarına ömürlük biçilib.(futbolinfo)
 
Onlar qazanmaqlarındadı, talana davam edirlər, futbolun idarəçiliyi isə Elxan Məmmədova həvalə edilib - ağalarının maraqlarını təmin edir və yəqin ki, özü də eyni yolla yaşayır. Təkbaşına hakimiyyət diktaturaya, inhisarçılığa səbəb olur. Və bunlar hər ikisi varkən inkişafdan, perspektivdən, xoş gələcəkdən danışmaq absurddu. Odur ki, ölkədə futbolun meyiti yerdədisə, təəccüblənməyin, mollasına baxın.
 
Tarix: 2 Noyabr [15:00]
Oxunub: 103 dəfə
Müəllif: Aut.az

Zaur Tağızadə üçün əlamətdar gün

Aut.az

Avroliqanın finalına görə Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı

Aut.az

Azərbaycanlı futbolçu Çexiyanın yüksək dəstə klubunda

Aut.az

Bakı klubu transferlərə niyə pul tapmayıb?

Aut.az

"Qarabağ" "Yuventus"la məzələndi - FOTO

Aut.az

"Energetik"in kapitanı AFFA və Mingəçevir rəhbərliyindən kömək istədi

Aut.az

"Qarabağ" "Sabah"la oyuna itkiylə hazırlaşır

Aut.az

Elxan Məmmədovun otelini işləədn hakim həm də AFFA nümayəndəsidir

Aut.az

Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

Aut.az

Hakimə çatası pulu qoyub cibinə - Onsuz da udacağıq - Azərbaycanda

Aut.az