Ozan Can oynadı

Futbol üzrə Türkiyə Kubokunda 4-cü təsnifat mərhələsinin oyunları keçirilir.

Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Ozan Can Kökcünün formasını geyindiyi “Girəsunspor” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Gümüşhanespor”la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Əlavə vaxtda da başqa qol vurulmayınca, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Girəsunspor” 5:2 hesabıyla qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

Tarix: 2 Noyabr [13:50]
Oxunub: 22 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az