20 Fevral 2019
“Qarabağ”ın rəqibi məşqçisi ilə yollarını ayırır

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sportinq” klubu baş məşqçi Joze Pezeyru ilə yollarını ayıra bilər.
Lissabon təmsilçisinin rəhbərliyi alınan uğursuz nəticələrdən sonra portuqaliyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlib. Bu barədə portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.
Xəbərdə Pezeyrunun göndəriləcəyi təqdirdə, komandanın “sükanı arxasına” iki əsas namizəd olaraq Paulu Souza və Leonardo Jardim göstərilib.
“Sportinq” dünən Portuqaliya kubokunda 2-ci liqa təmsilçisi “Eştoril”ə 1:2 hesabıyla məğlub olub. “Eştoril”də Azərbaycan millisinin üzvü Renat Dadaşov forma geyinir. Dadaşov bu matçda start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.
“Sportinq” Avroliqanın E qrupunda “Qarabağ”, “Arsenal” və “Vorskla” klubları ilə mübarizə aparır. Lissabon təmsilçisi “Qarabağ”ı ilk oyunda 2:0 hesabıyla məğlub edib.
Tarix: 1 Noyabr [15:40]
|
Oxunub: 95 dəfə
|
Müəllif: Aut.az
|