Avrokubokların final oyunları üçün 11 ölkə namizəd oldu SİYAHI

2021-ci ildə futbol üzrə Avropa kuboklarının final oyunlarının təşkili üçün namizədlər bəlli olub.

Çempionlar Liqasının həlledici matçını qəbul etmək üçün Almaniya və Rusiya iddialıdır. Bu ölkələr müvafiq olaraq, Münhen və Sankt-Peterburq şəhərlərinin eyniadlı arenalarını təklif ediblər:

Avropa Liqasının finalını keçirmək istəyən ölkələr:
Avstriya (Vyana, “Ernst Happel”)
Gürcüstan (Tbilisi, “Dinamo-Arena”) 
İspaniya (Sevilya, stadion müəyyənləşməyib)

UEFA superkubokunu keçirmək istəyən ölkələr:
Belarus (Minsk, “Dinamo”)
Finlandiya (Helsinki, “Olimpiyski”)
Şimali İrlandiya (Belfast, “Vindsor Park”) 
Ukrayna (Xarkov, “Metallist”)

Qadınlar arasında ÇL-in finalını keçirmək istəyən ölkələr:
Çexiya (Praqa, “Eden Arena”) 
İsveç (Göteborq, “Qamla Ullevi”)

Son qərar 2019-cu ilin yayında UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

2019-cu ildə Avropa Liqasının finalı Azərbaycanda keçiriləcək. Mayın 29-na təyin olunan görüş Bakı Olimpiya Stadionunda təşkil ediləcək.

Tarix: 1 Noyabr [15:50]
Oxunub: 113 dəfə
Müəllif: Aut.az

Ölkə çempionatında 30 klub çıxış edəcək

Aut.az

"Krılya Sovetov" azərbaycanlı futbolçuya görə cəzalana bilər

Aut.az

Ronaldo və İrinanın yalanı ifşa olundu - Şok iddia

Aut.az

Ayaz Quliyev sürücülük hüququnu itirdi

Aut.az

Paytaxt klubunda ciddi itki

Aut.az

Transferlərə 500 milyon büdcə ayırdılar - AÇIQLAMA

Aut.az

İngilis klublarından tarixi uğur - FOTO

Aut.az

Salah müsəlmanlara səsləndi: "Qadınlara qarşı davranışlarımızı dəyişdirməliyik"

Aut.az

Yığmamız Ukraynaya uduzdu

Aut.az

Xedira üçün mövsüm başa çatdı

Aut.az