20 Fevral 2019
Vinçentso Yakinta həbs olundu

Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu Vinçentso Yakinta həbs olunub.
O, qanunsuz odlu silah saxladığı üçün 2 il azadlıqdan məhrum edilib.
Sabiq hücumçunu mafiya ilə əlaqələrinə görə 6 il cəza gözləyirdi. Lakin sonradan ona qarşı olan bu ittiham aradan qaldırılıb.
Yakintanın atası da cinayətkar dəstə ilə əlaqələrinə görə 19 il müddətinə həbs edilib.
Yakinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. 38 yaşlı sabiq forvard karyerası ərzində İtaliyanın "Yuventus" və "Udineze" klublarında çıxış edib.
Tarix: 1 Noyabr [15:10]
|
Oxunub: 112 dəfə
|
Müəllif: Aut.az
|