Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

"Qələbə üçün gəlmişdik, alınmadı. Oyun planımızda bir az çətinlik oldu. Belə meydanda oynamaq da çətindi. Heyətdə müəyyən dəyişikliklər var. Maksim məşqdə zədələnmişdi, Donald da zədəli idi. Futbolçular çox əziyyət çəkdi, yorğunluq hiss olunur. Tərlan Əhmədova da qarşıdakı oyunlarda uğurlar arzulayıram”. 
 
Aut.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının VII turundan təxirə salınmış görüşdən sonra deyib. 
 
Baş məşqçi Ansi Aqollini də zədəli olduğunu bildirib: "Onun "Vorskla"yla matçaddək sağalacağı çətindi. Ukrayna klubu ilə ilk oyundan matçdan öncə məşqdə əzələsini dartmışdı. Maksim oyun öncəsi məşqdə zədələnib. Onun Ukraynadakı matçdadək sağalmasını indidən dəqiq deyə bilmərəm. Ola bilər ki, Donald Gerye həmin vaxtadək sağalsın".
 
Qurbanov "Bu yorğunluq böhrana çevrilə bilər" sualına belə cavab verib: "Bu neçə illərin komandasıyıq. Çox zaman olub ki, belə vəziyyətlərlı rastlaşmışıq. Məğlub ola-ola, bunları düzgün qəbul edərək bu vəziyyətə çıxmışıq. Hamımız bir olmalıyıq. İçəridə olan problemləri görürəm, bilirəm. Böhran həmişə yoğrunluqdan sonra görünür. Təcrübəli komandayıq, başqa çıxış yolumuz yoxdu. Bu qrafikə alışmalıyıq. Meydanda daha çox əziyyət çəkməliyik".
Tarix: 31 Oktyabr [21:40]
Oxunub: 165 dəfə
Müəllif: 0

Federasiya millimizin üzvünə xəbərdarlıq edəcək

Aut.az

“Qəbələ” “Zirə”ni məğlub yola saldı

Aut.az

Mahir Mədətovdan alqışalayiq jest - FOTO

Aut.az

Mədətovla Medvedevdən yubiley

Aut.az

“Qarabağ”dan mövsümün rekordu

Aut.az

“Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

Aut.az

Maksim Medvedevin 400-ü - FOTOLAR

Aut.az

"Neftçi" məsələsi real deyil" - Miçel

Aut.az

"Keşlə"nin kapitanından qumar açıqlaması

Aut.az

Millimizin üzvü qəlyan çəkib paylaşdı - FOTOLAR

Aut.az