“Qarabağ”dan tarixi uğurla bağlı təsirli paylaşım - VİDEO

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə səfərdə heç-heçə etdiyi oyundan 1 il ötür.
Ötən ilin bu günü - 31 oktyabrda Ağdam klubu çətin Madrid səfərində Avropa nəhəngi ilə 1:1 bərabərə qalaraq, Azərbaycan futbolunda yeni tarix yazmışdı. Bakıdakı qolsuz bərabərlikdən sonra səfərdə Miçelin başla vurduğu qol təmsilçimizə qrup mərhələsində 2-ci xalı qazandırmışdı. Məhz "Qarabağ"la oyunlardakı xal itkilərinə görə "Atletiko" qitənin ən nüfuzlu turnirində pley-offa adlaya bilməmişdi.
 
Qeyd edək ki, "Qarabağ" Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsinə düşən ilk klubdur.
Əlavə edək ki, bu uğurla bağlı “Qarabağ” bu gün rəsmi Feysbuk səhifəsində videoçarx paylaşıb. Videoçarxda kapitan Rəşad Sadıqovun oyun günü səhər Madrid küçəsindəki məşqi zamanı dediyi sözlər də yer alıb. Videoda Rəşad “Atletiko” ilə görüşdə uğur qazanaraq Qarabağın Azərbaycana məxsus olduğunu növbəti dəfə sübut edəcəklərini deyir. Həmin günün axşamı isə Ağdam klubu Madriddə sensasiyaya imza ataraq bir xal qazanır.

 
 
Tarix: 31 Oktyabr [16:20]
Oxunub: 235 dəfə
Müəllif: Aut.az

“Qarabağ” yeni transferini göstərdi - VİDEO

Aut.az

İdmançıların olduğu təyyarə qəzaya uğradı: çox sayda ölü var - VİDEO

Aut.az

Azərbaycanlı rəqqasə onu öpmək istəyən futbolçunu sillələdi - VİDEO

Aut.az

İlin simulyasiyası - VİDEO

Aut.az

Ansi Aqolli elə bir qol vurdu ki.... VİDEO

Aut.az

Tribunada Türkiyə bayrağını görüb aldı - Azərbaycanlı çempiondan jest - VİDEO

Aut.az

"Fiorentina"dan 21 cavabsız qol - VİDEO

Aut.az

DÇ-2019: ABŞ yarımfinalda - VİDEO

Aut.az

"Qarabağ" "Ufa"ya belə qalib gəldi - VİDEO

Aut.az

Luçeskuya qarşı İtaliyada gözlənilməz addım - VİDEO

Aut.az