Tərlan Əhmədov öz ampluasında

Tərlan Əhmədov “Keşlə”nin yeni baş məşqçisi təyin oldu. Yalanlarla gəldi, bəy tərifləri ilə işə başladı və yəqin ki, tezliklə klubdaxili intriqalara start verəcək, Zaur İsmayılovu yola salmağa çalışacaq, Bəxtiyar Musayevin ayağının altını qazacaq, sonda da urvatsızcasına qovulacaq. Bu insan dəyişməyib, istirahətdə olduğu günlərdə bacarığını bir az da irəlilədib.
 
“İstirahətdə” deyərkən biz də səhvə yol verdik. Axı, bu insan heç istirahət etməyib. “Zirə”ni, “Səbail”i qarışdırdı, “Qəbələ”yə qırmaq atdı. Amma bu klublar möhkəm çıxdı, onunla işbirliyinə getmədilər, “Keşlə”ni isə tora salmaq mümkün oldu. Mladen Milinkoviçin torbası ustalıqla tikildi və Əhmədov bu gün debüt matçına çıxır.
 
Yalana diqqət edin: “Klub prezidenti Zaur Axundov dünən axşam zəng vurub dəvət etdi. Oturub hərtərəfli söhbət etdik və razılığa gəldik”.
 
Adama deyərlər: “Yalansa...” Nə dünən axşam? Aylardı, həftələrdi tor qurur, söz göndərir, tapşırtdırır, danışıq aparırsan. Sən bir zənglə anlaşıb, müqavilə imzalayan adamsanmı?
 
Tərlan bəyin avrokuboka vəsiqə barədə verdiyi vəd isə realdı. Ona görə yox ki, yüksək bacarıq sahibidi, sadəcə, bu, real hədəfdi. “Sabah”ın istənilən halda qitə səhnəsindən kənar qalacağını nəzərə alsaq, 7 komanda 4 vəsiqə üçün yarışır. Belədə avrokuboka düşməmək düşməkdən daha çətindi. Əhmədov da PFL-dəki “dayday”ı Ramin Musayevə, hər yerə əli çatan Zaur Axundova arxayındı. İnsafən öz bacarığı da var, birləşib hədəfə çatacaqlar.
 
“Keşlə”nin Müşahidə Şurasının sədri olan Axundovun AFFA-nın baş katibi Elxan Məmmədovla münasibətlərinin soyuması da önəmli faktdı. Klan davasıdı, Məmmədovdan uzaqlaşan Musayevin dostu olur. Axundova da kritik dönəmdən çıxmaq üçün saxta dostluqlar lazımdı.
 
Tərlan bəyin bir sitatı isə adamı düşüncələrə qərq edir. Bəlkə də yaddaşımız korlanıb, biz xatırlamırıq: “Neftçi” Avropa Liqasının qrupuna vəsiqə qazandığı dövrdə Axundovla bir yerdə işləmişik. Normal, səmimi ünsiyyətimiz olub. Hamı barədə mənfi və ya müsbət fikirlər səslənir. Axundov klub rəhbəridir, məğlubiyyətlə barışmayan insandır. Mən onda çətin bir xasiyyət görməmişəm. Düşünürəm ki, onunla aramızda olan xoş münasibət komandaya da müsbət təsir edəcək və birlikdə uğur qazanacağıq”.
 
Zaur bəyin “Neftçi”də işləməsini xatırlayan varmı? Bəlkə Əhmədov bu adamın Sadıq Sadıqovun yanında fırlanmasını, hər səfərə aparılmasını yadında saxlayıb? Axı, Zaur bəy hansısa vəzifə tutmayıb, sadəcə, yerlilərinin, dostlarının yanında dolaşıb. Qorxuram Tərlan bəy sabah Avropa Liqasının qrupa düşməsinə görə də “Neftçi”nin Axundova borclu olduğunu deyər.(futbolinfo)
 
Vallah deyər. Ramin Musayevi tərifləyən, sonra ona arxa çevirib Orxan Hüseynzadə üçün bəy tərifi deyən, bir ay sonra Kamran Quliyevə mədhiyyə söyləyən adam hər şey deyər. Hətta Böyükağa Hacıyevin köməkçisi olduğu dövrdə çempionluqaları özünün qazandığını, buna Sadıqovla yox, Axundovla nail olduğunu da deyər... 
Tarix: 31 Oktyabr [15:40]
Oxunub: 102 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az