Neymarın cangüdəni UFC döyüşündə nokautla uduzdu - VİDEO

Braziliya millisinin və Fransanın PSJ komandasının futbolçusu Neymarın cangüdəni Nordin Taleb nokautla uduzub.
 
37 yaşlı idmançı UFC "Fight Night 138” yarışı çərçivəsində keçirdiyi döyüşdə britaniyalı Şon Striklendə məğlub olub. Rəqibin yerdə ardıcıl zərbələrindən sonra hakim döyüşü dayandırıb. Talebin görüşü davam etdirmək tələbi qəbul olunmayıb və nokaut qeydə alınıb.
 
"Bəli, rəqib məni yaxaladı. Amma duruş gətirmişdim və hesab edirəm ki, döyüş lazım olan vaxtdan tez dayandırıldı. Təslim olmamışdım, davam etməyə hazır idim. Başqa döyüşçülərin oxşar vəziyyətlərdə olduqlarını görmüşük, lakin onların görüşləri dayandırılmayıb. Peşəkar döyüşlər üçün peşəkar hakimlər lazımdır”, - deyə Taleb "Twitter” hesabında yazıb.
 
Qeyd edək ki, Neymar Nordin Talebi avqustda özünə cangüdən götürüb. Lakin həmin vaxtdan UFC-də iki döyüşdə uduzan fransalı idmançının karyerasının başa çatma ehtimalı var.
Tarix: 31 Oktyabr [15:00]
Oxunub: 208 dəfə
Müəllif: Aut.az

“Qarabağ” – “Keşlə” 3:0 - VİDEO

Aut.az

“Sumqayıt” – “Səbail” 1:2 - VİDEO

Aut.az

Əvəzləmə zamanı kuryoz hadisə - VİDEO

Aut.az

"Neftçi-2" - MOİK - 4:1 - VIDEO

Aut.az

"Kəpəz" - "Sumqayıt-2" 1:3 - VİDEO

Aut.az

"Turan Tovuz" - "Şüvəlan" 0:1 - VIDEO

Aut.az

"Keşlə-2" - "Zirə-2" 3:1 - VİDEO

Aut.az

"Qaradağ Lökbatan" - "Ağsu" 1: 2 - VİDEO

Aut.az

"Sabah-2" - "Səbail-2" 4:1 - VİDEO

Aut.az

Adamyeyənlər arasında olmuş azərbaycanlı: "Düyü alıb, bizi yemədilər" - FOTO/VİDEO

Aut.az