"Turkcell” "Topaz”ı satdı

Azərbaycanın idman mərc oyunlarının təşkilinə 8 ilə yaxındı investisiya yatıran "Turkcell” "Azerinteltek”dəki payını satışa çıxarıb.

Artıq Türkiyə şirkəti öz payını "Baltech Investment LLC”-yə satıb.

"Turkcell' şirkəti "Azerinteltek”dəki paylarının satışı haqqında açıqlama da verib: ""Turkcell'in İnternet Texnologiya İnvestisiya və Məsləhətçilik Ticarət (İnteltek) şirkətində 55 faiz paya malik olub.
 
"Azerinteltek”də sahib olduğu 51.000 AZN nominal dəyərdəki paylarının hamısını satışını həyata keçirib.
 
Şirkət səhimlərini "Azerinteltek”də yüzdə 24,5 faiz paya malik olan "Baltech Investment LLC”-yə 19 milyon 530 min 177 avroya satıb. Hazırda satış alqı-satqısı ilə bağlı müqavilə üçün danışıqlar gedir, ətraflı ictimayyətə məlumat veriləcək”.

"Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.
 
"Azərinteltek” QSC-nin ticarət nişanı olan "Topaz” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

"Topaz” 2011-ci ildən Premyer Liqanın titul sponsorudu. "Azərinteltek” cari mövsüm üçün Peşəkar Futbol Liqasına (PFL) 600 min manat ayırıb. PFL elə bu pulun sayəsində ayaqda qalıb. 

Belə məlumatlar var ki, "Topaz”ın kurasiyası artıq tam olaraq Cavid Qurbanova - Azərbaycan Voleybol Federasiyasının prezidentinə keçir. Burda payı olan digər şəxs isə fəaliyyətini dayandırmış "Bakı"nın prezidenti Hafiz Məmmədovdu.
Tarix: 31 Oktyabr [14:20]
Oxunub: 182 dəfə
Müəllif: Aut.az

Milli komandamız Sloveniyaya qalib gəldi

Aut.az

Günün oyunları - TV

Aut.az

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı

Aut.az

Günün oyunları - TV

Aut.az

Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib

Aut.az

Günün oyunları - TV

Aut.az

Azərbaycan əhalisinin neçə faizi idman edir? - STATİSTİKA

Aut.az

Azərbaycanlı gənc idmançı Rusiyada faciəvi şəkildə öldü

Aut.az

Futbolçu davamlı zədələr üzündən intihar etdi

Aut.az

Əzələsini şişirdən idmançının qolları kəsilə bilər! - FOTO

Aut.az