"Neftçi" və Ermənistan komandasının oyununun nəticəsi razılaşdırılmışdı"

Rusiyanın sabiq futbol hakimi İqor Rutskoy SSRİ çempionatında Azərbaycanın "Neftçi” və Ermənistanın "Kotayk” komandaları arasında 19 il əvvəl keçirilmiş oyunun nəticəsinin öncədən razılaşdırıldığını açıqlayıb.
 
61 yaşlı keçmiş ədalət təmislçisi "Bel Pressa”ya müsahibəsində 6 may 1989-cu ildə neytral meydanda baş tutan matçın heç-heçə başa çatması üçün göstəriş verildiyini söyləyib. Onun sözlərinə görə, həmin görüş hüquq-mühafizə orqanlarının ciddi nəzarəti altında azarkeşsiz baş tutub: 
 
"1989 və ya 1990-cı ildə, Qarabağda müharibə gedən zaman məni "Kotayk” (Abovyan) – "Neftçi” (Bakı) oyununun baş hakiminin köməkçisi təyin etmişdilər. Mənə zəng gəlir: "Matç neytral meydanda - Ukraynanın Zaporojye şəhərindəki "Metallurq" stadionunda keçiriləcək, çünki müharibə səbəbindən, "Neftçi" Ermənistana uçmayacaq”. Bu oyun danışılmış deyildi. Amma yuxarıdan gələn əmrə əsasən, matç heç-heçə ilə nəticələnməli idi. Stadionda hər yanda atlı polislər dayanıb, ətraf mühasirəyə alınıb, daxili qoşunlar var. Nəticədə cəmi 4 dəfə fit çalındı: Matçın başlanğıcında, ilk yarının sonunda, ikinci hissənin əvvəlində və final fiti".
 
İ.Rutskoyun sözlərinə görə, bu komandalar arasında ikinci dövrədəki oyun Rusiyanın Novorossiysk şəhərində keçirilib və 1:1 hesablı heç-heçə ilə nəticələnib: "Həmin qarşılaşmada isə xalqı güldürməmək, FIFA və UEFA-nı qıcıqlandırmamaq üçün hərəyə bir qol vurdular. Uzun illərdən sonra öyrəndim ki, bu oyunun hakimliyi üçün namizədlər Mərkəzi Komitədə müzakirə olunub və görüşə yalnız rusiyalı hakimlər briqadası təyin olunub”.
 
1990 və 1991-ci illər mövsümündə bu komandalar arasında təqvimdə nəzərdə tutulan oyunlar baş tutmayıb.
 
Qeyd edək ki, İqor Rustkoy hakimlik karyerası ərsində SSRİ-nin yüksək dəstəsində, birinci və ikinci liqalarında ümumilikdə 315 oyun idarə edib. (Report)
Tarix: 31 Oktyabr [12:15]
Oxunub: 52 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az