"Səbail"in yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL

I divizionda çıxış edən "Səbail-2"nin yeni məşqçilər korpusu müəyyənləşib.
 
Aut.az-ın əldə etdiyi məlumata görə, Siyasət Əsgərov komandanın baş məşqçisi təyin olunub. Onun köməkçisi Ruslan Qafitullin olacaq. Qapıçılarla işləyən məşqçi funksiyasını Rauf Salmanov yerinə yetirəcək.
 
Qeyd edək ki, "Səbail-2"nin baş məşqçisi Elman Sultanov və köməkçisi Toğrul Əhmədov bir neçə gün əvvəl istefaya göndərilib. Buna səbəb komandanın texniki məğlubiyyət alması olub. Bu barədə paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib. Belə kp, VIII turda "Neftçi-2” ilə səfər matçında əvəzetmə zamanı səhvə yol verilib. Oyunun 90+2-ci dəqiqəsində Ədilxan Qarəhmədovu Nazim Kərimli əvəzləyib. Bununla da "Səbail”in heyətində meydanda 1998-ci ilə qədər futbolçuların sayı 5-ə çatıb və komandaya texniki məğlubiyyət verilib. 
 
VI turda "Qarabağ-2” ilə görüşdə komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyi üçün də "Səbail-2”yə texniki məğlubiyyət verilmişdi. Həmin vaxt klub rəhbərliyi və məşqçilər arasında razılıq əldə olunub ki, bu hal bir daha təkrarlanarsa, müqaviləyə xitam veriləcək. Rəhbərliklə görüşdə Elman Sultanov özü verdiyi sözü xatırladaraq, müqaviləsinə xitam verilməsinə etiraz etməyib. 
 
Ona da qeyd edək ki, Siyasət Əsgərov məşqçilik fəaliyyətinə MOİK-in əvəzedici heyətində məşqçi kimi başlayıb. Daha sonra MOİK-in əsas və əvəzedici heyətində, qızlardan ibarət U-15, U-17 və U-19 komnadalarımızda məşqçi, qızlardan ibarət həmçinin U-1-də baş məşqçi olub.
Tarix: 28 Oktyabr [12:45]
Oxunub: 102 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az