Quliyevin başı "Müsavat"a qarışdı, idmançılarımız dəstəksiz qaldı

Artıq neçə gündü ki, Bupadeştdə azərbaycanlı idmançıların iştirakı ilə güləş üzrə dünya çempionatı keçirilir.
 
Təəssüf ki. yarışların təşkil olunduğu “Laslo Papp” arenasında güləşçilərimiz faktiki olaraq tamaşaçı dəstəyindən məhrum qalıblar.
 
Bu barədə virtualaz.org-un Budapeştə ezam edilmiş müxbiri yazır.
 
Yalnız bazar ertəsi günü, 79 kq-a qədər çəki dərəcəsində azərbaycanlı sərbəst güləş ustası Cəbrayıl Həsənov final qarşılaşmasına çıxarkən zalda iki Azərbaycan bayrağı göründü. Bunlardan birini Azərbaycan Güləş Federasiyasının əməkdaşları, digərini isə 3-4 nəfərdən ibarət azarkeş qrupu qaldırmışdı.
 
Bununla bərabər, idmançımızın rəqibi olan amerikalı güləşçi Kayl Deyki zalın az qala yarısı dəstəkləyirdi. Burada amerikalı azarkeşlər xeyli saydadır. Rusiyadan da çoxlu güləş həvəskarı gəlib.
 
Əksəriyyəti Dağıstandan öz avtomobillərində gəliblər ki, həmyerlilərini dəstəkləyə bilsinlər. Qadınlar arasında yarışlarda isə finlandiyalılar fəallaşdı. İsveçin və Almaniyanın bayraqları az deyil.
 
Bəs azərbaycanlılar haradadır? Heç olmasa, Macarıstanda yaşayanlar. Axı onlar güləşçilərimizə dəstək verə bilərdilər.
 
Məlumdur ki, Budapeştdə xeyli azərbaycanlı tələbə təhsil alır. Çempionatın keçirildiyi zal şəhərin mərkəzində 2-3 metro stansiyası məsafəsində yerləşir.
 
Bupadeştin mərkəzi küçələrində Azərbaycan dilini eşitmək elə də böyük problem deyil, lakin təəssüf ki, arenanın tribunalarında həmyerlilərimiz yox dərəcəsindədir.
 
Adəti üzrə, həmyerlilərin iştirakı ilə iri tədbirlərin (güləş üzrə dünya çempionatı isə, sözsüz ki, bunların arasındadır) keçirilməsi haqqında səfirlik və icma məlumat yayır. Görünür, bu istiqamətdə heç bir iş aparılmayıb.
 
Bu azmış kimi, virtualaz.org-a məlum olduğuna görə, Azərbaycan səfirliyindən heç kim komandamızla və məşqçi heyəti ilə görüşə gəlməyib. Bu yolla idmançılarımızı, heç olmasa, mənəvi cəhətdən dəstəkləmək mümkün idi.
 
Sual yaranır: əgər belə mötəbər hadisəni nəzərdən qaçırırsa, Budapeştdəki səfirliyimiz, ümumiyyətlə, nəyə lazımdır? Axı güləş Azərbaycanın milli idman növüdür.
 
Ölkəmizdə olimpiya, dünya və qitə çempionları var ki, onlardan bəziləri Budapeştdə çıxış edir, lakin hamısı Macarıstandakı diplomatik missiyamızın diqqətindən kənarda qaldı.
 
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Baklıdan çoxsaylı idman nümayəndə heyətinin Budapeştə gəldiyi gün İstanbulda idi. Türkiyədə o, tədqiqat işləri ilə məşğul olur.
 
İstanbulun arxivlərində Vilayət müəllim “Müsavat” partiyasının tarixini öyrənir. Təqdirəlayiqdir! Lakin bəs səfirin birbaşa vəzifə öhdəlikləri necə olsun?
 
Onları kim icra etməlidir? Bəlkə Vilayət Quliyevin istefaya gedərək sevimli işi – “Müsavat” partiyasının tarixinin öyrənilməsi ilə məşğul olması daha məqsədəuyğun olardı?!
 
Sərbəst güləş yarışları Azərbaycan üçün geridə qalıb. Lakin Budapeştdəki dünya çempionatı davam edir.
 
Bazar gününə qədər isə yunan-Roma güləşi ustalarımız güclərini sınayacaqlar. Onların arasında dünya çempionu və Olimpiya Oyunlarının mükafatçısı Rəsul Çunayev, Avropa birincisi Eldəniz Əzizli və digər məşhur idmançılarımız var.
 
Ümid edək ki, heç olmasa, onlar Budapeşt qızılı uğrunda mübarizədə dəstəksiz qalmayacaqlar.
Tarix: 25 Oktyabr [15:00]
Oxunub: 84 dəfə
Müəllif: Aut.az

Futbolpress.az 9 yaşında

Aut.az

Həbib valeh olduğu futbolçunun adını açıqladı

Aut.az

Şahmatçımız beynəlxalq turnirdə qalib oldu

Aut.az

Kadırovdan Nurməhəmmədov-Meyvezer döyüşü barədə bəyanat

Aut.az

Prezident idmana marağından danışdı

Aut.az

"Turkcell” "Topaz”ı satdı

Aut.az

Cavid Hüseynova dopinq cəzası - SİYAHI

Aut.az

Günün oyunları - TV

Aut.az

İlham Əliyev Olimpiya medalçılarını mükafatlandırdı

Aut.az

Günün oyunları - TV

Aut.az