"Qarabağ"ın rəqibində azarkeş problemi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukrayna "Vorskla"sının sonuncu ev matçı klubun Premyer Liqa tarixində doğma meydanda ən az azarkeşin qeydə alındığı üçüncü oyunu olub. 
 
Poltova təmsilçisinin XII turda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzduğu qarşılaşmanı stadiondan 6700 azarkeş izləyib. 
 
Komandanın bundan öncəçi göstəriciləri 2014-cü ilin noyabrda 3500 və 2016-cı ilin dekabrında 1200 olub. Hər iki görüşdə hava şəraiti fanatların az olmasına təsir edib. İlk matç mənfi 6 dərəcədə oynanılıb. 2016-cı ildəki qarşılaşma isə intensiv qar yağışı ilə müşayət olunub. 
 
Qeyd edək ki, "Vorskla" Ukrayna Premyer Liqasında 12 turdan sonra 18 xalla IV pillədə qərarlaşıb. Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq. 
 
Tarix: 23 Oktyabr [18:40]
Oxunub: 38 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az