"Qarabağ"ın protokol olayının bir tək günahkarı Vaqif Sadıqovdu

Məlum protokol olayının bir tək günahkarı varsa, o da Vaqif Sadıqovdu.
 
Təəccüblənməyin, ölkədaxili matçlarında protokola 18 yox, 23 futbolçu daxil etmək ideyası məhz Sadıqovun başçılıq etdiyi Məşqçilər Komitəsinə məxsusdu.
 
Onsuz da, Vaqif Sadıqov nə vaxt Azərbaycan futboluna xeyri dəyib ki?!
 
Dünya futbolunda son illərdə iki mənasız yenilik qəbul olunub. Biri - "23-lük" sifariş vərəqəsi, o biri isə əlavə köməkçi hakimlərdi (qapı xəttində duranlar).

Əvvəllər "18-liy"ə düşmək üçün futbolçular məşqlərdə əməlli-başlı savaşardı. Bu futbolçular üçün da əlavə bir stimul idi. Xüsüsilə gənc futbolçular üçün.
 
"Filankəs "18-liy"ə düşür" - futbolda sanki ayrı bir status idi. "Sən heç "18-liy"ə da düşmürsən" isə sanki diaqnoz, komandanı dəyişmək bir çağrı kimi səslənərdi. İndi isə hansı cavan futbolçunu dindirsən, adama pafosla qayıdır ki "Qəbələ"nin (məsəl üçün) "zayavka"sına düşürəm".
 
Adam da deyə bilmir ki, "23-lük" siyahıya akademiyada topa kim zərbə vura bilirsə, düşə bilər.

"Qarabağ" - "Səbail" oyununda baş verənlər klub adına utancvericidi, bu, öz yerində. Eks-FİFA referimiz Tahir Süleymanov tam düz buyurur ki, bu məsələdə hakimlərin günahı yoxdu.
 
Hakimlər bütün futbolçuları bir-bir tanımalı deyil ki? Sabah oyunların birinə əcnəbi hakim təyinat olsa, onda necə? O da Abbasları, Coşqunları tanımalıdı?

Ancaq Qurban Qurbanovun bir iradı ilə razıyam ki, protokolda 23 nəfər olanda aləm dəyir bir-birinə. Ən ağıllısını Samir Abbasov edir.
 
"Keşlə" ilə oyunda protokola dədə-baba qaydası ilə 18 adam daxil edib. Mən də məşqçi olsam, o cür edərəm.
 
Qaydalar imkan verirsə, bu, demək deyil ki protokola 2 ehtiyat qapıçının, bir də meydana çıxmaq şansı 0.1 faizə bərabər olan futbolçuların adını yazdırmaq lazımdı.

Dünya çempionatları heç, ora böyük bir futbol bayramıdı. 23 nəfərlik protokol qaydası mundiallardan keçib klub futboluna. Lakin bu qaydanı ölkədaxili yarışlarda tətbiq etmək düzgün deyil.

Erkin İbrahimov
Tarix: 23 Oktyabr [14:45]
Oxunub: 76 dəfə
Müəllif: Aut.az

Stadionlarımız niyə boş qalıb?

Aut.az

Nikola Yurçeviçin ilk yoldaşlıq oyunu

Aut.az

AFFA öz qaydalarına tüpürür: həm hakimlik edirlər, həm də vəzifə tuturlar

Aut.az

Vaqif Cavadov pulunu aldı və “Keşlə”dən ayrıldı

Aut.az

Axundovun xilası naminə səhv...

Aut.az

Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR

Aut.az

Arif Əsədov: "Bordin ortaya hansısa oyun fəlsəfəsi qoymayıb"

Aut.az

Birinci divizionda hakim təyinatları

Aut.az

Premyer Liqamızda 18-ci turun hakimləri açıqlandı

Aut.az

“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

Aut.az