Yılmaz Vuraldan “Fənərbağça” rəhbərliyinə komik çağırış - VİDEO

Türkiyənin tanınmış futbol məşqçisi "Fənərbaxça” klubunun rəhbərliyinə çağırış edib.
 
"TRT Spor”un "Spor Bahane” proqramında qonaq olan 65 yaşlı mütəxəssis fikirlərini komik şəkildə ifadə edib. 
 
"Məşqçiliyə başlayanda 32, indi 65 yaşındayam. Hələ də danışıram. Bir eşidin də... Karsınız, nəsiniz? Nə olacaq, qardaşım? "Fənərbağça”da mən olsam, "Rizespor” udsa, sondan ikinci olacağam. Bundan aşağısı yoxdur. Gətirin də, bir baxaq. Adam illərdir bu qədər danışır. Sizin üçün maraqlı gəlmirəmmi?!” deyə o bildirib. 
 
1986-cı ildə məşqçilik karyerasına başlayan Vural indiyə qədər vətənində 29 müxtəlif komandaya - "Malatyaspor”, "Antalyaspor”, "Samsunspor”, "Bursaspor”, "Karşıyaka”, "Adanaspor”, "Qaziantepspor”, "Əskişəhirspor”, "Sarıyer”, "Trabzonspor”, "Gənclərbirliyi”, "Konyaspor”, "Çanakkale Dardanelspor”, "Denizlispor”, "Diyarbakırspor”, "Çaykur Rizespor”, "Ankaragücü”, "Antalyaspor”, "Manisaspor”, "Kocaelispor”, "Kasımpaşa”, "Sakaryaspor”, "Elazığspor”, "Mersin İdman Yurdu”, "Osmanlıspor”, "Kardemir Karabükspor”, "Adana Demirspor”, "Göztepe” və "Giresunspor”a rəhbərlik edib. O, dəfələrlə "Fənərbağça”, "Beşiktaş” və ya "Qalatasaray”da çalışmaq istədiyini söyləyib.
 
Qeyd edək ki, "Fənərbağça” Türkiyə Super Liqasının geridə qalan 9 turundan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb və hazırda hollandiyalı baş məşqçi Filip Kokunun istefası gündəmdədir.

Tarix: 22 Oktyabr [22:00]
Oxunub: 198 dəfə
Müəllif: Aut.az

“Zirə-2” - “Ağsu” 3:4 - VİDEO

Aut.az

“Zaqatala” - “Sabah-2” 0:1 - VİDEO

Aut.az

Azərbaycanda baş nazirin müavini uşaqla futbol oynadı - VİDEO

Aut.az

"Fiorentina" - "Napoli" 3:4 - VİDEO

Aut.az

“Səbail-2” - “Turan Tovuz” 1:2 - VİDEO

Aut.az

"Kəpəz" - MOİK 2:2 - VİDEO

Aut.az

Futbolçunun xanımından maraqlı hərəkət: topla soyundu - VİDEO

Aut.az

“Trabzonspor” Yunanıstan səfərindən qələbə ilə qayıtdı -VİDEO

Aut.az

“Linfild” - “Qarabağ” matçında 5 qol - VİDEO

Aut.az

Dani Alveş Braziliyada ilk qolunu vurdu - VİDEO

Aut.az