AFFA müraciət etdi

Futbol üzrə Region Liqasının 3-cü turu çərçivəsində keçirilmiş bəzi oyunlarda baş vermiş qalmaqallarla əlaqədar rəsmi bəyanat yayılıb.

Region Liqasının “Facebook”dakı rəsmi səhifəsində yayılan bəyanatda bunlar qeyd olunub:

“Hörmətli klub nümayəndələri, məşqçilər, futbolçular və inzibati heyətin üzvləri.

Təəssüf ki, “Region Liqası” turnirinin ötən həftə sonu keçirilmiş 3-cü tur oyunlarının bir neçəsində intizamsızlıq halları baş verib. Hakim qərarlarına etiraz fonunda məşqçi və futbolçuların iştirakı ilə kütləvi dava-dalaş cəhdlərinə yol verilib, bunun nəticəsində oyunlarda bir neçə dəqiqəlik fasilələr yaranıb. AFFA nümayəndələrinin və təhlükəsizliyə cavabdeh şəxslərin müdaxiləsi ilə dava-dalaş cəhdlərinin qarşısı alınıb, turun bütün oyunları sona qədər oynanılıb. AFFA və “Region Liqası”nın təşkili üzrə İşçi Qrup belə intizamsızlıq cəhdlərini kəskin şəkildə pisləyir, bütün komandaların turnirin Əsanaməsində göstərilmiş qaydalara riayət etməsinin vacibliyini bildirir. Cari turda qeydə alınmış qayda pozuntularına AFFA-nın İntizam Komitəsi tərəfindən müvafiq hüquqi qiymət veriləcək.

“Region Liqası”nın bütün iştirakçılarının bir daha diqqətinə çatdırılır ki, analoji hallar təkrarlanacağı təqdirdə, təqsirkar komandanın turnirdən kənarlaşdırılması məsələsinə baxılacaq.

Bütün komandaları qaydalara riaəyət etməyə və futbolun gözəlliyindən zövq almağa çağırırıq.

Bir daha xatırladırıq ki, AFFA Ədalətli Oyun, həmçinin meydanda və meydandan kənarda tərəflərin bir-birinə hörmət və ehtiram prinsiplərini dəstəkləyir!”

Tarix: 22 Oktyabr [21:00]
Oxunub: 60 dəfə
Müəllif: Aut.az

Stadionlarımız niyə boş qalıb?

Aut.az

Nikola Yurçeviçin ilk yoldaşlıq oyunu

Aut.az

AFFA öz qaydalarına tüpürür: həm hakimlik edirlər, həm də vəzifə tuturlar

Aut.az

Vaqif Cavadov pulunu aldı və “Keşlə”dən ayrıldı

Aut.az

Axundovun xilası naminə səhv...

Aut.az

Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR

Aut.az

Arif Əsədov: "Bordin ortaya hansısa oyun fəlsəfəsi qoymayıb"

Aut.az

Birinci divizionda hakim təyinatları

Aut.az

Premyer Liqamızda 18-ci turun hakimləri açıqlandı

Aut.az

“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

Aut.az