“El-klasiko”ya görə tez başlayacaq - “Neftçi” - “Qarabağ” matçı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun oyunlarının vaxtı müəyyənləşib. 

Aut.az çempionatın yayımçısı "CBC Sport" telekanalına istinadən xəbər verir ki, tura oktyabrın 27-də "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Bu qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" və "Zirə" arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək.

Növbəti günün ilk görüşündə "Səbail" və "Keşlə" üz-üzə gələcək ki, bu oyun saat 15:00-da başlayacaq.

Tura mərkəzi qarşılaşma hesab olunan "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandaların dueli saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması İspaniya La Liqasında “el klasiko”nun - "Barselona" - "Real” matçının saat 19:15-də başlaması ilə əlaqədardır.

Tarix: 22 Oktyabr [15:15]
Oxunub: 182 dəfə
Müəllif: Aut.az

Stadionlarımız niyə boş qalıb?

Aut.az

Nikola Yurçeviçin ilk yoldaşlıq oyunu

Aut.az

AFFA öz qaydalarına tüpürür: həm hakimlik edirlər, həm də vəzifə tuturlar

Aut.az

Vaqif Cavadov pulunu aldı və “Keşlə”dən ayrıldı

Aut.az

Axundovun xilası naminə səhv...

Aut.az

Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR

Aut.az

Arif Əsədov: "Bordin ortaya hansısa oyun fəlsəfəsi qoymayıb"

Aut.az

Birinci divizionda hakim təyinatları

Aut.az

Premyer Liqamızda 18-ci turun hakimləri açıqlandı

Aut.az

“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

Aut.az