“Xəzər Lənkəran”a vurulan “dubinka”

Bəribaşdan deyim ki, indi oxuyacağınız bu yazı sizə bir qədər qarmaqarışıq təsir bağışlayacaq. “Qəbələ”dən başlayıb, “Neftçi”ylə davam edəcəyəm. Sonunu isə “Xəzər Lənkəran”la bitirəcəyəm. Gərək, üzrlü sayasız. Bir qədər də səbrli davranıb, axıra qədər oxuyasız. Onda söhbətin nədən getdiyini, mənim nə demək istədiyimi anlayacaqsız.
 
Şənbə günü “Qəbələ” öz meydanında “Neftçi”ni 3:1 hesabıyla məğlub etdi. Əla nəticə əla oyunla qazanıldı. Sənan Qurbanov da, meydanda tər tökən futbolçular da, klubun idarəçiləri və sponsorları da bu qələbənin həsrətində idilər. Hər imkandaca demişəm, “qırmızı-qaralar” nə oyununa, nə də heyətinə görə düşdükləri duruma, yerləşdikləri pilləyə layiq deyildilər.
 
3:1 hesablı qələbə bir daha sübut etdi ki, “Qəbələ”nin gücü, səviyyəsi var. Qələbələri sıralamaq, turnir cədvəlində irəliləmək, mükafatlar uğrunda mübarizə aparmaq olar. Yetər ki, toparlanmağı, hədəfləri düzgün müəyyənləşdirməyi bacarsınlar. Necə deyərlər, axı sən “Qəbələ”sən, özünü niyə “Qəbələ” kimi aparmırsan? Bu oyundan “Neftçi”nin və şəxsən Roberto Bordinin çıxaracağı dərslər də yetərincədi. Mövsümə əla start verən, Qəbələ səfərinə yollanana qədər məğlubedilməz olan “ağ-qaralar” ilk ciddi “deplasmandaca” təslim oldular, pərən-pərən düşdülər. Bu haqda gələcək yazılarımızın birində söz açarıq.
 
Bu dəfəki yazımın məramı, məğzi tamam başqadı. Qarşılaşmanı izləyərkən bir məqam diqqətimi çəkdi. Canlı yayım zamanı gördüm, yəqin elə siz də gördünüz. Daha sonra Qəbələdə olan həmkarlarımın qeydlərini oxudum, sosial şəbəkələrdə yayılan videolardan yeni nüanslar öyrəndim. Görüşün 65-ci dəqiqəsində tribunalarda yaşanan canlanmanı nəzərdə tuturam. Çoxdandı bunun həsrətində idik. Boş tribunalar, səssiz stadionlar Azərbaycan Premyer Liqasının dadını-duzunu da qaçırıb. Amma Qəbələdə hər şey fərqli oldu. Komandalarının 0:2 hesabıyla geri düşməsinə dözə bilməyən “Forza Neftçi” fan-klubun üzvləri əvvəlcə meydan sahiblərinin ünvanına şüarlar səsləndirdilər, daha sonra də “qırmızı-qara” azarkeşlərin oturduğu tribunaya yanan məşəl tulladılar.
 
Sözsüz ki, tribunalarda yaşanan şiddətin, məşəl yandırılmasının, təhqirlərin səslənməsinin əleyhinəyik. Amma bunsuz da olmur. Diqqətimi o çəkdi ki, Qəbələ polisi qonaq fanatlara qarşı elə də sərt davranmadı. “Dubinka”lar işə düşmədi, polis maşınına sürüklənən, gecənin dəmir barmaqlıqlar arasında keçirən olmadı. Doğrusu da budu. Fanatlara qarşı dözümlü olmaq, onlara qarşı cinayətkar kimi davranmamaq gərəkdi. Bu davranışına görə Qəbələ polisinə təşəkkürlər.
 
Bu görüntülər məni bir neçə il bundan əvvələ qaytardı. Daha doğrusu “Xəzər Lənkəran”ın var olduğu, Azərbaycan çempionatına rəng qatdığı illərə. “Neftçi” – “Xəzər Lənkəran” rəqabətinin pik həddə çatdığı dövrlər, dolu tribunaların qarşılıqlı söz atmacaları, bir-biriylə yarışa çıxdığı, tribunalardakı mübarizənin meydandakından daha maraqlı olduğu günlər gözümün önünə gəlir. Və Respublika stadionunda yandırılan məşəllərdən sonra havaya qalxan polis dəyənəkləri, cəlimsiz azarkeşlərin kürəklərində “partlayan” zərbələr...
 
Sonradan biləcəkdik ki, bu zərbələr təkcə azarkeşlərə vurulmurmuş...
 
Amal Abuşov Rekord.az
Tarix: 22 Oktyabr [17:00]
Oxunub: 100 dəfə
Müəllif: Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az

Elxan Məmmədov məndən niyə qorxur?

Aut.az