AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir

AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir. Uşaq liqalarını bərbad günə salan marketoloq dəstəsi bu gedişlə rayonları, bölgələri üz-üzə qoyacaq.

Bu dəfə müzakirə meydanı Region Liqasıdı. Son turun 2 oyununda aləm bir-birinə dəyib. "FC Baku" - "Şahdağ" qarşılaşmasının birinci hissəsində əsəblər tarıma çəkilib. Qonaqların baş məşqçisi Kamran Əlibabayev növbəti dəfə hoqqa çıxarıb. Çılğınlığıyla tanınan bu şəxs hakimlərin ünvanına təhqir və söyüşlər səsləndirib. Bununla kifayətlənməyən baş məşqçi meydana daxil olaraq, hakimə etirazını sərt şəkildə bildirib.

Məşqçidən nümunə götürən futbolçular da kəllə-kəlləyə gəlib. Dava bir qədər sakitləşən vaxt yenidən Kamran Əlibabayev meydana daxil olub. Hakimin onu qovmağını "Şahdağ"ın futbolçuları "həzm edə" bilməyib və hakimə qarşı fiziki təzyiq göstərməyə başlayıblar. Bu durumda meydançaya polislər daxil olub və baş məşqçini kənarlaşdırıblar. İlk hissədə "Şahdağ"ın 3 futbolçusu qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Qaxda isə kütləvi dava olub. III tur çərçivəsində Şimal - Qərb Regionunda keçirilmiş "Kürmük" - "Şəki" qarşılaşması zamanı iki futbolçu arasında mübahisə yaşanıb. Yerli komandanın azarkeşlərinin meydana daxil olması nəticəsində oyun dayandırılıb.

Oyunun hakimi meydan sahiblərinə bir, qonaq komandanın futbolçularına isə iki qırmızı vərəqə göstərib. "Şəki" komandasının qırmızı kart alan futbolçularından biri "Qax" komandasının azarkeşləri tərəfindən döyülərək, müxtəlif bədən xəsarətləri almaqla, xəstəxanaya çatdırılıb.

Yarışın səviyyəsinə diqqət edin. İşlər o qədər “əla” qurulub ki, azarkeşlər meydana çıxaraq futbolçunu xəstəxanalıq edə bilir. AFFA buna görə qürur duymalıdı. Bu gedişlə regionlar üz-üzə qoyulacaq, cavab matçında əvəz çıxmaq istəyənlər olacaq. Vətəndaş müharibəsi üçün zəmin hazırlayırlar sanki...

Təbii ki, bütün bunlar təşkilatçılığın qaydasında olmaması, təhlükəsizliyin təmin edilməməsi üzündən reallaşır. Yaxşı ki, Premyer Liqanın, divizionun oyunları bu dəstəyə həvalə edilməyib. Baş katib Elxan Məmmədovun marketoloq dostlarından ibarət olan dəstənin bacarığı yalnız buna yetir. Ömrü boyu kabinetlərdə yatan, stadion, bölgə üzü görməyənlər bu cür ajiotaja hazır deyillər. Azarkeş çılğınlığını ehtimal etməyib, hər matça özlərinin maliyyələşdirdiyi klubların Bakı çempionatı kimi baxmalarının nəticəsidi.(futbolinfo)

Futbol azarkeşlər üçün oynanılır. Onlara gözəl futbol təqdim etmək, eyni zamanda çılğınlıqlarını nəzərə almaq lazımdı. Bizdə isə ən pis yemək ona hamıdan çox ac olanın qarşısına qoyulur. Və beləcə onlar haqda vəhşi təəssüratı yaradılır, sanki bölgələrdə futbola buna görə dəstək verilmədiyi fikri formalaşdırılır. Halbuki futbol elə rayon camaatına yaraşır. Sadəcə, onlara yaxşı məhsul təqdim etmək lazımdı. O zaman onların azarkeş mədəniyyəti də, alqışı da nümunə olacaq. Problem AFFA-da, onun təşkilatçılıqdakı bacarıqsızlığındadı.

 

Tarix: 22 Oktyabr [15:45]
Oxunub: 196 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az