"Qarabağ"la oyunöncəsi "Vorskla"da maaş problemi

"Kiyev "Arsenal"ı ilə oyundan sonra bizə pul ödədilər. Sonra isə heç nə olmadı. Prezident və vitse-prezident paltardəyişmə otağına daxil oldu və bizə ödəniş olacağını bildirdilər. Dedilər ki, hər şey sabitdir və narahatlığa heç bir əsas yoxdur".
Bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vorskla"nın qapıçısı Boqdan Şust deyib. Klubdakı maliyyə çətinliyindən danışan 32 yaşlı qolkiper rəhbərliyin hələ də onlara borcu qaldığını söyləyib:
 
"Beş ayın maaşını, yaxud da bizə olan borcun yarısını ödədilər. Nə qədər qaldığına baxmaq lazımdır. Amma ən yaxşısı bu sualı rəhbərliyə verməkdir. Avrokuboklara vəsiqə qazandığımız müəyyən məbləğ aldıq. Amma bəzi aylardan rəhbərliyin bizə borcu qalıb. Bildirildi ki, bunun üzərində iş gedir".
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu saat 20:55-də başlayacaq.
Tarix: 22 Oktyabr [15:00]
Oxunub: 61 dəfə
Müəllif: Aut.az

Kütləvi dava

Aut.az

UEFA "Fənərbaxça"nı cəzalandıracaq

Aut.az

"Ludoqorets" çempion

Aut.az

"Qalatasaray"ın transfer siyahısı: 3 dünya ulduzu...

Aut.az

5 il ərzində heç bir stadiona buraxılmayacaq

Aut.az

“Trabzonspor”da ayrılıq

Aut.az

Aziz Behiç "Başakşəhər"də

Aut.az

"Qızıl buts" Messinindi - 6-cı dəfə

Aut.az

Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

Aut.az

"Orucun kompensasiyası var, matçın isə yox" - Baş məşqçidən qəribə açıqlama

Aut.az