“Spartak" baş məşqçini qovdu

Rusiyanın “Spartak" (Moskva) klubunun baş məşqçisi Massimo Karrera istefaya göndərilib.

54 yaşlı mütəxəssis klub rəhbərliyinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq, Raul Riançoya həvalə olunub.

“Spartak” oktyabrın 21-də Rusiya Premyer Liqasının 11-ci turunda Tula “Arsenal”ına 2:3 hesabı ilə məğlub olub. Bu, paytaxt təmsilçisinin cari çempionatda ardıcıl 3-cü ev məğlubiyyəti olub.

“Spartak” cari çempionatda Rusiya Premyer Liqasında 11 turdan sonra 18 xalla 7-ci pillədə qərarlaşıb.

Massimo Karrera 2016-cı ilin avqustunda “Spartak”ın “sükanı arxasına” gətirilib. Komanda onun rəhbərliyi altında 16 illik fasilədən sonra - 2016-2017 mövsümündə Rusiya çempionu olub.

Tarix: 22 Oktyabr [14:40]
Oxunub: 55 dəfə
Müəllif: Aut.az

Zidan İngiltərəyə getmək üçün ilk şərtlərini açıqladı: 220 milyon və Eden Azar...

Aut.az

Millinin rəqibi Gürcüstanla qarşılaşacaq

Aut.az

Ozan Can oynamadı

Aut.az

"Mançester Yunayted"də Lukaku qərarı

Aut.az

Paşayev komandasına kömək edə bilmədi

Aut.az

“Arsenal”dan “Napoli”yə

Aut.az

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi

Aut.az

Ölən futbolçunun ailəsindən şok açıqlama: "Öldürülüb"

Aut.az

Günün oyunları – TV

Aut.az

Dadaşov oynamadı

Aut.az