Vüqar Əsgərovdan daha bir qol

Futbol üzrə Latviya birinci liqasında 22-ci turun oyunları keçirilib.

Azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Tukums” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.

Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 69-cu dəqiqədə əvəzlənib.

Komandasının bu oyunda vurduğu qollardan birinə də Vüqar imza atıb. O, 20-ci dəqiqədə rəqib qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. Bununla da, Əsgərov cari mövsümdə vurduğu qolların sayını 28-ə çatdırıb.

“Dauqavpils” 22 turdan sonra 58 xalla 12 kollektiv arasında birinci pillədə qərarlaşıb.

Tarix: 22 Oktyabr [14:30]
Oxunub: 47 dəfə
Müəllif: Aut.az

Zidan İngiltərəyə getmək üçün ilk şərtlərini açıqladı: 220 milyon və Eden Azar...

Aut.az

Millinin rəqibi Gürcüstanla qarşılaşacaq

Aut.az

Ozan Can oynamadı

Aut.az

"Mançester Yunayted"də Lukaku qərarı

Aut.az

Paşayev komandasına kömək edə bilmədi

Aut.az

“Arsenal”dan “Napoli”yə

Aut.az

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi

Aut.az

Ölən futbolçunun ailəsindən şok açıqlama: "Öldürülüb"

Aut.az

Günün oyunları – TV

Aut.az

Dadaşov oynamadı

Aut.az