Heydər Əliyevin adını daşıyan stadion boş qalmamalıdı!

AFFA ölkə futbol təsərrüfatının axırına çıxmaqdadı. Xüsusilə bölgələrdə futbolun məhv edilməsi prosesi davam edir.
 
İndiki rəhbərliyin 10 illik fəaliyyəti dövründə maliyyə baxımından futbol ən yaxşı dövrünü yaşasa da, nəticələr tam tərsinədi. Bir neçə milyard manatın dövr etdiyi bu illər ərzində elitada klub sayı ən minimal həddə düşüb. Bütün komandalar paytaxta yığışıb, burada isə əsas komandalar belə məşq etməyə yer tapmır. Belədə uşaq komandalarının hansı vəziyyətdə olduğunu təsəvvür edərsiz.
 
Klubları idarə etmək üçün onları yaxın ərazidə yerləşdirmək vacib bilinib. AFFA-nın monopoliyasında olan komandalar Abşeron yarımadası üzrə səpələnib və hamısına da məlum dəstənin kadrları nəzarət edir. Baş katib Elxan Məmmədov əksər klubları öz adamlarına tapşırıb, öz bizneslərini qurublar. Onlara bölgə klubları qazancın əllərindən çıxmaması üçün sərfəli deyil. Dövlət büdcəsindən gələn vəsaiti cibə uyğun nizamlamaq üçün paytaxt ən uğurlu məkandı.
 
Gəncədə baş verənlər yaddan çıxmayıb. Məmmədovun hətta öz kadrı olan Mikayıl Nərimanoğlu da “Kəpəz”də maliyyə yeyintisini gizlədə bilmədi. Bölgə camaatı ayıq oldu və Məmmədovla şərik olan Nərimanoğlunu ifşa etdilər, bu qalmaqaldan baş katib salamat çıxsa da, şərikini susdurmaq üçün indi də onun qayğısına qalır.
 
Tovuzda isə hər gün qalmaqal yaranır. “Turan”ın AFFA tərəfindən idarə edilməsi yerli camaatı məmnun etmir və boyunduruqdan xilas olmağa cəhd edirlər. Tovuzlular adlı-sanlı komandalarının divizionda sürünməsinə razı deyillər.
 
Lənkəran ümumiyyətlə, futboldan küsüb. Şəhərdəki beynəlxalq standartlara cavab verən stadion hazırda istifadə edilmir və AFFA burada maxinasiyalar edə bilməyəcəyini anladığından sözügedən şəhərdə klub olmasında maraqlı deyil. Qubası, Mingəçeviri, Şəmkiri də onun kimi.
 
Ötən mövsümə kimi İmişlidə də futbol var idi. AFFA “Mil-Muğan”ı “xala xətri qalmasın” prinsipi ilə maliyyələşdirirdi. Buildən isə onu da rayon camaatına çox gördülər, harınladıqlarından çox vacib nüansı d yaddan çıxardılar. Adı qumar oyunlarında hallanan “Turan”, “Ağsu” divizionda saxlanıldı, “Mil-Muğan” isə ləğv edildi.
 
Maliyyə çətinliyi başadüşüləndi, ola bilsin, həqiqətən də SOCAR-ın imkanları məhduddu. Amma buna görə bölgələrdən imtina etmək doğru deyil.
 
Çıxış yolu varmı? Əlbəttə! AFFA qondarma “Keşlə”yə ayırdığı pulu “Mil-Muğan”a yönəldə bilərdi. Bakılıların stadion problemi var, üstəlik, elitada olub-olmaması ciddi fərq etmir. 3 milyonluq büdcəsi olan bu komandanı yalandan saxlamaqla, pulları havaya sovurmaqdansa, elə İmişliyə köçürmək daha faydalı olardı. İndi ki, məsələ müstəqil klubun işinə qarışmaqdan getmir, “Keşlə” AFFA-nın himayəsində olan sıradan bir komandadı. Onların paytaxtdan çıxarılması bölgələrə diqqət yetirilməsi baxımından da əla jest olar.
 
Və ya “Səbail”ə bu qədər vəsait ayırmağın anlamı nədi? Qohumluq əlaqələrinə görə göz bəbəyi kimi saxlanılan, 5 milyon manata kimi vəsait xərclənən klubu Bayılda həbs etməkdənsə, onu bölgələrə göndərmək ən doğrusu olardı. Yenə klubun başına qohumları qoymaq olar, amma üstünlük bölgəni təmsil etməsidi.
 
İmişlini misal göstərməyimiz təsadüfi deyil. Bu şəhərdə əla stadion var. Və bu arena futbol təsərrüfatına maliyyə axınını təmin etmiş, ümummilli lider Heydər Əliyevin adını daşıyır. Ən azı onun ruhuna hörmət əlaməti olaraq bu stadionda daim futbol olmalı, yerli əhali asudə vaxtını səmərəli keçirmək üçün buranı ziyarət etməlidi.(futbolinfo)
 
İdmana trəddüdsüz qayğı göstərən dövlət rəhbərliyinin bu nüansı gözdən qaçırması da maraqlıdı. AFFA hörmətsizlik, diqqətsizlik edir, heç olmasa, kimsə onların başına qapaz vurmalıdı ki, ağıllansınlar, dəyərlərə qiymət versinlər. 12 ildi tikilən 8500 tamaşaçı tutumuna malik idman qurğusu indi otlaq sahəsinə çevrilib!
 
 
 
 
 
 
 
 

 

 
Tarix: 21 Oktyabr [00:10]
Oxunub: 495 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az