Bakıda idmançı polis qardaşını öldürüb – “Yatsam, yuxuma girməzdi…”

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndrilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin qonşusu Vaqif Kazımov bildirib ki, hər iki şəxsi normal insan kimi tanıyıb:
 
“Həmişə çox sakit olublar, onların evindən heç vaxt səs-küy gəlməyib. Yatsam, yuxuma girməzdi ki, Əli qardaşı Muradı öldürər.
 
Hadisə vaxtı evdə idim, qonşuların səsinə çıxdım. Gördüm Muradın meyiti çöldədir. Bu zaman anası dedi ki, qardaşı vurub öldürüb. Atası işdə idi, zəng edib çağırdıq”.
 
İttihama görə, ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 85-də yerləşən binada Ə.Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.
 
1990-cı il təvəllüdlü Ə.Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Qətlə yetirilən qardaşı, 1983-cü il təvəllüdlü M.Əliyev isə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub.
Tarix: 20 Oktyabr [20:30]
Oxunub: 81 dəfə
Müəllif: Aut.az

Millimizin iki üzvü Ukrayna klubunda

Aut.az

Firdovsi Umudov çeçenlərlə bağlı insidentə reaksiya - FOTO

Aut.az

Azərbaycanın əməkdar məşqçisi prezidentə müraciət etdi

Aut.az

"Keşlə" - "Sumqayıt" 2:1 - VİDEO

Aut.az

Arvadını döydüyü üçün həbs olunan idmançı: “Hər şey superdi...” - VİDEO

Aut.az

Putini nakauta salan qadın kimdir? - FOTOLAR

Aut.az

Həbib 550 min cərimə ödədi - 200 min də ödəyəcək

Aut.az

İlham Əliyevin əməkdar məşqçi ilə MARAQLI DİALOQU

Aut.az

Azərbaycan futbolunda itki

Aut.az

Dünya şokda: Erməni qadın idmançı "kişi" çıxdı - FOTOLAR

Aut.az