17 Fevral 2019
Komandaların imkanları araşdırılsaydı… - Azərbaycanda

Uşaq liqalarında xozagəlməz mənzərə bu gün də davam edir. Ötən illərdəki çatışmazlıqlardan dərs alınmayıb, şəraitsizlik, təşkilatçılıqdakı qüsurlar, işə barmaqarası münasibət yenə göz çıxardır.
Ən pisi odur ki, bu mövsümün ilk 2 turunda qeydə alınan 7 texniki məğlubiyyətin əksəri məhz daha aşağı yaş qruplarında yaşanıb. 11, 12 yaşlıların yarışında iş düzgün qurulmayıbsa, sağlam bünövrədən danışmaq olmaz. Və bu işdə təkcə AFFA-nı qınamaq olmaz, klublar da səhlənkarlıq edir.(futbolinfo)
Amma hansısa komandanın oyunda iştira etməməsi, komandaların – xüsusilə də ev sahiblərinin heyətində yetərsayın olmaması artıq faciədi. 11-12 yaşlılardan ibarət komandalar meydana buraxmağa kifayət qədər oyunçu tapmırsa, deməli, kadr ehtiyatı yoxdu, uşaq futboluna oyuncaq kimi baxırlar. AFFA-nın günahı isə yoxlamadan, kimi gəldi yarışa buraxmasındadı. Komandaların durumu araşdırılmayıb, onlardan heç bir təminat alınmayıb.
Tarix: 19 Oktyabr [19:40]
|
Oxunub: 81 dəfə
|
Müəllif: Aut.az
|