Stuxlikin sağ əli Məmmədov olacaq!

Frits Stuxlik AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibini müəyyənləşdirməyə başlayıb. Amma bunu o, öz iradəsi ilə etmir. Sədr ətrafında olanların məsləhəti, baş katib Elxan Məmmədovun göstərişi ilə işləməyə məcburdu.
 
Stuxliki qınamırıq, Azərbaycanda yenidi, heç kimi tanımır, kimi nişan verirlərsə, onunla da oturub-durur. 2 həftədən sonra komitənin tərkibini açıqlamalı idi, bir ay keçib, nəticə yoxdu. Və yalnız indi güvənəcəyi insanları qismən müəyyənləşdirib.
 
Tahir Süleymanov imicini üstün tutub onunla birgə işləmək istəmədi, həm də baş katibin oyununu pozdu. Sabiq FIFA referisi layiq olduğu təklifi alana kimi gözləyəcək, Stuxliklə işləyənlərin əksəriyyəti isə Məmmədova əl çalanlardı. Düzdü, Babək Quliev, Anar Salmanov, Anar Niyazov və başqalarına əl çalmaq da kifayət etmədi, onları hakimlikdən qovanlar dönüşlərinə imkan vermədi. Belədə Frits AFFA-da çalışan, əldə olan kadrlardan yararlanmağa məcburdu.
 
Hazırda komitədə əsas söz sahiblərindən biri Əliyar Ağayevdi. Amma o, dəftərxana işlərindənsə, karyerası haqda düşünməlidi. Az qala bütün məsələlərdə istifadə edilən FIFA referisi bu gedişlə perspektivini şübhə altına salacaq. Stuxlik bura yeni hakimlər hazırlamağa, beynəlxalq yarışlar üçün daha çox və daha səviyyəli hakimləri üzə çıxarmağa gəlib. Lakin bu gedişlə o, olan-qalanımızın da axırına çıxacaq.
 
Sədrin daha bir köməkçisi Vüsal Əliyevdi. Hakimlikdən qovulanların geri qaytarılmasına əngəl olunmasında əsas rol oynayan sabiq FIFA referisi hakim-inspektor kimi də nüfuz sahibidi və ona qulaq asırlar.
 
Komitənin tərkibinə özünü dürtən daha biri Elçin Məmmədovdu. Nüfuzluların, daha təcrübəlilərin yoxluğunda əvəzolunmaz fiqura çevrilən Elçin həm də məcburiyyətdən buradadı. O, ünsiyyət, diplomat bacarığı ilə sədrin gözünə girib.
 
Hamıyla “dost” olmağı bacaran Məmmədov futzal üzrə kurator təyin olunub. Komitədə bu postu tutacağı dəqiqləşən kimi isə ilk işi qohumu (deyilənlərə görə qaynı) Rahin Heybətovu futzal hakimliyinə cəlb etmək olub. Onun sayəsində Fuad Bayramov da futzal hakimi olacaq.
 
Özünü Stuxlikə şirin satan Elçin sədrin göstərişi ilə hakim-inspektorlar otağında məkan tutub. Amma bura gələn kimi də qalmaqala səbəb olub. Komitənin sabiq sədri Əli Hüseynovun arxasınca kobud ifadələr işlədib, bu isə qurumun təcrübəli üzvlərindən Şahin Cəfərovun xoşuna gəlməyib. Davanın böyüməsinin qarşısını Vüsal Əliyev alıb.
 
Əsas söz sahibinə çevrilməkdə olan və özünü Stuxlikin köməkçisi kimi təqdim edən Məmmədov da komitənin indiki tərkibdə qalmasında, daha nüfuzluların ora buraxılmamasında maraqlıdı. Belədə xəlvət dərədə bəy olmaq asanlaşır. Kəsəsi, Elçin Məmmədov yeni komitənin əsas siması olacaq!(futbolinfo)
 
Maraqlıdı ki, test imtahanlarından sonra bəzi hakimlərin normativləri verə bilmədiyi aydınlaşıb. Ramil Diniyev, Azər Əsgərov, Elman Musayev kimi təcrübəlilər də kənarda qalmalı olacaq. Onların ölkə miqyaslı yarışlarda iştirakı mümkündü, amma beynəlxalq dərəcə almaq üçün namizədliklərinin verilməyəcəyi dəqiqdi.
Tarix: 19 Oktyabr [14:00]
Oxunub: 110 dəfə
Müəllif: Aut.az

Stadionlarımız niyə boş qalıb?

Aut.az

Nikola Yurçeviçin ilk yoldaşlıq oyunu

Aut.az

AFFA öz qaydalarına tüpürür: həm hakimlik edirlər, həm də vəzifə tuturlar

Aut.az

Vaqif Cavadov pulunu aldı və “Keşlə”dən ayrıldı

Aut.az

Axundovun xilası naminə səhv...

Aut.az

Azərbaycan millisinin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR

Aut.az

Arif Əsədov: "Bordin ortaya hansısa oyun fəlsəfəsi qoymayıb"

Aut.az

Birinci divizionda hakim təyinatları

Aut.az

Premyer Liqamızda 18-ci turun hakimləri açıqlandı

Aut.az

“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

Aut.az