Azərbaycan futbolunda yeni sponsor

Ölkədə futbola maraq böyük olduğundan valideynlərin gələcəkdə övladlarını futbolçu kimi görmək istəyinə düşməsi başadüşüləndi. Buna görədi ki, ildə bir neçə futbol məktəbi “dünyaya gəlir”. Təkcə premyer-liqa klublarının aşağı yaş qrupları deyil. Xüsusi adlar altında fəaliyyət göstərən o qədər uşaq futbol məktəbi var ki. “Leon”, “Qalatasaray”, “Fənərbaxça”, “Təkin” və s. Hətta siyahını bir qədər də genişləndirmək mümkündü.

Əldə etdiyimiz bilgiyə görə, belə klubların sırasına daha biri qoşulub. Bu Əmircanın keçmiş adını özündə əks etdirən “Xilə”di. Hazırda U-15 liqasında bu ad altında komanda çıxış edir, Bakıətrafı kənd və qəsəbələrdə seleksiya işləri davam etdirilir. 

Klub haqda geniş məlumat toplamaq, bilmədiklərimizi öyrənmək üçün müəyyən araşdırmalar aparsaq da, açıqlama və ya müsahibə verə biləcək səlahiyyət sahibi tapa bilmədik. Aralarında biri adının çəkilməyəcəyini biləndən sonra bəzi məqamlara aydınlıq gətirdi. Məlum oldu ki, “Xilə” bu ilin martında yaradılıb. Sponsoruluq öhdəliyini “Royal Holding”in rəhbəri Ramil Kərimli üzərinə götürüb. Yəni adı çəkilən şirkət futbolun inkişafı naminə pul xərcləyir. Komandanın inventarlaşması, səfərlərə yollanması, stadionun icarə haqqı ilə bağlı xərcləri də “Royal Holding” qarşılayır. Bu günə olan hədəf potensialı olan uşaqları U-15-ə cəlb edib gələcəkdə onların xidmətindən yararlanmaqdı. Eyni zamanda Xilə adını daha geniş miqyasda tanıtmaq. Yeri gəlmişkən, hələ ki “Xilə” adı altında yalnız U-15 çıxış edir. Yəni başqa yaş qrupu yoxdu. Yaxın gələcəkdə daha bir neçə yaş qrupunun fəaliyyətə başlayacağı gözlənilir. Futbolçular isə Əmircandan, Bakının başqa kənd və qəsəbələrindən olanlardı. Maraq üçün qeyd edək ki, U-15 məşqlərini Şağan Olimpiya Kompleksində keçir, çempionatdakı rəqiblərini də məhz burda qəbul edəcək. Komandanın baş məşqçisi vaxtilə “Şəmkir”də və AZAL-da çalışmış Əli Məmmədovdu. ("Futbol plus" qəzeti)
Tarix: 18 Oktyabr [19:00]
Oxunub: 54 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az