"Qarabağ"ın rəqibinin futbolçusu cəzalandırıldı

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın "Sportinq” klubunun baş məşqçisi Joze Peseyru komandanın brazilyalı futbolçusu Markus Vendeli cəzalandırıb.
 
Lissabon təmsilçisi 21 yaşlı oyunçunu məşqdə icazəsiz iştirak etmədiyi üçün U23 komandasına göndərib.
 
Brazilyalı yarımmüdafiəçi keçən həftə ailəvi səbəblərə görə klubdan icazə alaraq ölkəsinə yollanmışdı. Bazar ertəsi akademiyaya qayıtmalı olan futbolçu komandaya dediyi vaxtdan gec qoşulub və iki məşqi icazəsiz buraxıb. Buna görə də 58 yaşlı mütəxəssis oyunçunu cəzalandırıb. Vendel bir müddət ikinci komanda ilə məşq edəcək. Onun əsas komandaya nə vaxt qayıdacağı bilinmir.
 
Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan "Sportinq" "Qarabağ”la ilk turda üz-üzə gəlib. Lissabonda keçirilmiş görüş "ağ-yaşıllar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.
Tarix: 18 Oktyabr [15:00]
Oxunub: 60 dəfə
Müəllif: Aut.az

Kütləvi dava

Aut.az

UEFA "Fənərbaxça"nı cəzalandıracaq

Aut.az

"Ludoqorets" çempion

Aut.az

"Qalatasaray"ın transfer siyahısı: 3 dünya ulduzu...

Aut.az

5 il ərzində heç bir stadiona buraxılmayacaq

Aut.az

“Trabzonspor”da ayrılıq

Aut.az

Aziz Behiç "Başakşəhər"də

Aut.az

"Qızıl buts" Messinindi - 6-cı dəfə

Aut.az

Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

Aut.az

"Orucun kompensasiyası var, matçın isə yox" - Baş məşqçidən qəribə açıqlama

Aut.az