"Azərbaycanla futbol yox, sanki həndbol oynayırdıq"

"Daim müdafiədə oturan komandaya qarşı oynadıq. Rəqibin 1-2 cəhdi oldu ki, onlardan da biri penalti ilə nəticələndi".

Bu sözləri Norveçin 21 yaşadək futbolçularından ibarət yığmasının baş məşqçisi Leif Qunnar Smerud ölkəsinin "TV2" kanalına açıqlamasında deyib. Avropa çempionatının seçmə mərhələsinin son turunda U-21 yığmamızla ev oyununu dəyərləndirən mütəxəssis millimizin ancaq müdafiədə oturduğunu qeyd edib. O, hətta buna görə qarşılaşmanı həndbol matçına bənzədib:
 
 
 
 
"Elə təəssürat yaranırdı ki, futbol yox, sanki həndbol oynayırıq. Çünki daim rəqibin cərimə meydançasının ətrafında olurduq, amma fərqlənə bilmirdik. Düşünürəm ki, daha çox qol vurmalı idik".

Qeyd edək ki, Norveç - Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu penaltidən Fəhmin Muradbəyli vurub.
Tarix: 18 Oktyabr [14:00]
Oxunub: 76 dəfə
Müəllif: Aut.az

UEFA prezidenti erməninin Bakıya gəlməməsindən danışdı

Aut.az

Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib

Aut.az

Bəxtiyar Soltanov 29 yaşında məşqçiliyə başladı

Aut.az

“Qarabağ”ın bütün potensial rəqibləri – Çempionlar Liqası

Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sabah" Təhsil Liqasının qalibi oldu

Aut.az

Gəncəli veteran: "Nə vaxtsa futbolçu olduğumuz heç kimin yadına düşmür"

Aut.az

Nazir açıqladı: "Bakıya 30 mindən çox azarkeş gələcək"

Aut.az

Ağdamdan Ankaraya...

Aut.az

“Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

Aut.az