Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.
 
Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 27 il ötür.
 
XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
 
Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində SSRİ respublikalarında da mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edilib.
 
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib.
 
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
 
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.
 
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.
 
1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.
Tarix: 18 Oktyabr [10:50]
Oxunub: 49 dəfə
Müəllif: Aut.az

"Keşlə" - "Sumqayıt" 2:1 - VİDEO

Aut.az

Arvadını döydüyü üçün həbs olunan idmançı: “Hər şey superdi...” - VİDEO

Aut.az

Putini nakauta salan qadın kimdir? - FOTOLAR

Aut.az

Həbib 550 min cərimə ödədi - 200 min də ödəyəcək

Aut.az

İlham Əliyevin əməkdar məşqçi ilə MARAQLI DİALOQU

Aut.az

Azərbaycan futbolunda itki

Aut.az

Dünya şokda: Erməni qadın idmançı "kişi" çıxdı - FOTOLAR

Aut.az

Süleymanov həbs edildi

Aut.az

Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək

Aut.az

Futbolpress.az 9 yaşında

Aut.az