Təklif gözləyən məşhur baş məşqçilər - SİYAHI

Hazırda dünyada çox sayda tanınmış mütəxəssis var ki, işləmir. Onlar hər an böyük klublardan birinin başına keçə bilər. Aut.Az təklif gözləyən məşhur mütəxəssislərin bəzilərini təqdim edir.
 
Zinəddin Zidan gözləyir
 
 
Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan və ilk işindən "5" qiyməti alan Zinəddin Zidan hazırda Avropanın aparıcı klubları ilə adı yanaşı çəkilən bir nömrəli mütəxəssisdi.
 
4 yanvar 2016-cı ildə baş məşqçisi təyin olunduğu "Real"da ilk mövsümdə La Liqanın qalibi olan fransalı mütəxəssis Çempionlar Liqasını ardıcıl 3 dəfə qazanaraq tarixi uğura imza atıb. O, Madrid klubu ilə həmçinin 2 dəfə UEFA Super Kubokunu və 1 dəfə klublararası dünya çempionluğunu qazanıb. 
 
"Real"dan sürpriz şəkildə ayrılan Zidanın hansı klubla anlaşacağı maraq doğurur. Yayda adı Qəər yığması ilə yanaşı çəkilən mütəxəssis hazırda "Mançester Yunayted"in baş məşqçi postuna ən real namizəd hesab olunur. Hətta onun ingilis dilini öyrənmək üçün Londona yollandığı da bildirilir.
 
Vengerin istirahəti bitir
 
 
Dünyanın ən güclü çempionatı hesab olnan İngiltərə Premyer Liqasında "Arsenal"ı 22 il çalışdıran Arsen Venger yerini Unai Emeriyə verərək istirahətə çəkilib. London klubu ilə 3 dəfə Premyer Liqanın, 7 dəfə Federasiya Kubokunun, 7 dəfə İngiltərə Super Kubokunun qalibi olan fransız mütəxəssis beynəlxalq turnirlərdə uğur qazana bilmədiyindən azarkeşlərin hədəfinə çevirilmişdi.
 
"Arsenal"dan ayrılandan sonra əvvəlcə adı "Bavariya" ilə yanaşı çəkilən, sonradan PSJ-nin idman direktoru olacağı deyilən Venger 2019-cu ilin əvvəlində fəaliyyətə başlayacaq. Bu barədə o, "Bild"ə müsahibəsində deyib: "Yaxşı istirahət etdim. Artıq işləmək vaxtıdı. Düşünürəm ki, yanvarın 1-dən yenidən fəaliyyətə başlayacağam".
 
Konte İtaliyaya dönə bilmədi
 
 
Rusiyalı milyarder Roman Abramoviçin sahibi olduğu "Çelsi"də 3 iyul 2016-cı ildə fəaliyyətə başlayan və ilk mövsümündə çempionluq sevinci yaşayan Antonio Konte ikinci mövsümündə Federasiya Kubokunu qazansa da, yerini Mauritsio Sarriyə verməli oldu.
 
"Çelsi"dən ayrılacağı dəqiqləşəndən sonra adı "Yuventus" və İtaliya millisi ilə yanaşı çəkilsə də, 49 yaşlı mütəxəssis heç bir posta gələ bilməyib. "Yuventus" 4 mövsümdə A Seriyasında çempionluğu heç kimə güzəşt etməyən və komandanı 2 dəfə Çempionlar Liqasında finala çıxaran Massimiliano Alleqri ilə yola davam edir, İtaliya millisinin baş məşqçi postuna isə Roberto Mançini gətirilib.
 
İtaliya mediası bu günlərdə Kontenin mövsümə uğursuz başlayan "Real"ın baş məşqçi postuna namizəd olduğunu yazır.
 
"Monako"dan yeni gedib, amma...
 
 
Bir neçə gün əvvəl "Monako"dan istefaya göndərilən Leonardo Yardimin hələ bir müddət istirahət etməsi gözlənilir. 2014-ci ildə knyazlıq klubunda işə başlayan 44 yaşlı venesuellalı mütəxəssis komandanı 2016/17 mövsüsündə PSJ-ni 8 xal qabaqlayaraq Fransa çempionu etmiş və eyni mövsümdə Çempionlar Liqasında yarımfinala çıxartmışdı.
 
Başda Kilian Mbappe olmaqla bir çox ulduzu itirən "Monako" bu mövsüm ilk 9 turda 6 xal topladığından Yardim istefaya göndərildi. Onun yeni iş yerini hər kəs maraqla gözləyir.
 
Mourinyonun kölgəsində qalan Andre Villaş-Boaş
 
 
Uğurlarına görə Joze Mourinyonun kölgəsində qalmasına rəğmən öz sözünü demiş portuqaliyalı Andre Villaş-Boaş da təklif gözləyən mütəxəssislərdəndi.
 
Peşəkar futbolçu olmadan məşqçiliyə başlayan mütəxəssis 2010/11 mövsündə "Portu"nu Portuqaliya çempionu, ölkə kubokununun və Çempionlar Liqasının qalibi etməklə bütün dünyaya məşhurlaşan 40 yaşlı mütəəxssis ardınca "Çelsi" və "Tottenhem"i çalışdırsa da, uğur qazana bilməmişdi. 2014-2016-cı illərdə "Zenit"ə başçılıq edən Villaş-Boaş Rusiya çempionatının, kubokunun və Super Kubokunun qalibi ola bilmişdi.
 
Son olaraq Çinin "Şanxay SIPG" klubunu çalışdıran portuqaliyalı istefa verdikdən sonra avtomobil idmanına maraq salıb. O, hətta 2018-ci ildə Qətər Rallisinə də qatılıb. Amma 4-cü etapda qəzaya düşərək yarışdan çəkilib. 
 
O, Zinəddin Zidanın istefasından sonra "Real"ın baş məşqçi postuna namizəd hesab edilirdi.
 
"Lester"də tarix yazdı...
 
 
İşsiz mütəxəssislərdən biri də Klaudio Ranyeridi. 66 yaşlı italyan mütəxəssis ötən mövsüm Fransanın "Nant" klubunu çalışdırıb və komanda mövsümü 9-cu pillədə başa vurub.
 
Ranyeri karyerası ərzində "Napoli", "Fiorentina", "Valensiya", "Atletiko", "Çelsi", "Valensiya", "Parma", "Yuventus", "Roma", "İnter", "Monako" klublarını və Yunanıstan millilərini çalışdırsa da, ən böyük uğurunu "Lester"də qazanıb. 2015/16 mövsümündə komandanı tarixində ilk dəfə İngiltərə çempionu etsə də, növbəti mövsüm uğursuz nəticələr səbəbindən istefaya göndərilib.
Tarix: 18 Oktyabr [12:15]
Oxunub: 35 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az