“Vorskla” erməni futbolçunu Bakıya gətirməyəcək - RƏSMİ

Ukraynanın “Vorskla” klubunun futbolçusu Geqam Kadimyan “Qarabağ”la Avropa Liqasının 4-cü tur matçı üçün Bakıya gətirilməyəcək.

Bu barədə "Report"a Poltava təmsilçisinin mətbuat attaşesi Andrey İvanov məlumat verib. Onun sözlərinə görə, səbəb 26 yaşlı hücumçunun zədəli olmasıdır. Klub rəsmisi eyni səbəbdən, yarımmüdafiəçi Georgi Kobaxidze və hücumçu Denis Vasinin də qarşıdakı oyunu buraxacağını bildirib.

İvanov Kadimyanın "Qarabağ"la Bakıdakı qarşılaşmada siyasi səbəblərdən iştirak etməyəcəyinə dair iddialara isə belə münasibət bildirib: "Futbol siyasətlə bu cür kəsişməməlidir. Şəxsən mən bütün millətlərə hörmətlə yanaşıram. Hətta Rusiyanın Ukraynaya məlum münasibətinə baxmayaraq, "Qarabağ"ın heyətində rus futbolçular olsaydı, onların bizimlə oyunda iştiraklarına maneçilik törətməzdik. Siyasi amildən danışmaq əsassızdır, çünki oyunçumuz zədəlidir, beli sərpib".

"Qarabağ" və "Vorksla" komandaları oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, noyabrın 8-də isə Poltavadakı Aleksey Butovski adına stadionda üz-üzə gələcəklər. Daha öncə İngiltərə "Arsenal"ı erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyib.

Tarix: 18 Oktyabr [11:30]
Oxunub: 52 dəfə
Müəllif: Aut.az

Zidan İngiltərəyə getmək üçün ilk şərtlərini açıqladı: 220 milyon və Eden Azar...

Aut.az

Millinin rəqibi Gürcüstanla qarşılaşacaq

Aut.az

Ozan Can oynamadı

Aut.az

"Mançester Yunayted"də Lukaku qərarı

Aut.az

Paşayev komandasına kömək edə bilmədi

Aut.az

“Arsenal”dan “Napoli”yə

Aut.az

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi

Aut.az

Ölən futbolçunun ailəsindən şok açıqlama: "Öldürülüb"

Aut.az

Günün oyunları – TV

Aut.az

Dadaşov oynamadı

Aut.az